“Xalq Bank” iki depozit məhsulunun xarici valyutada qəbulunu dayandırıb

FOTO: APA

ASC “Xalq Bank” fiziki şəxslər üçün nəzərdə tutduğu iki depozit məhsulunun şərtlərini dəyişməli olub.

Bu barədə Banker.az-ın monitorinq qrupu bildirir.

Dəyişikliyə görə, “Proqress” depozitini dollar və avroda qəbulunu dayandırıb və yalnız yerli valyuta olan manatda davam edəcək. Əlavə olaraq yeni qaydalara görə, bank adıçəkilən depozit məhsulunun maksimum məbləğini 300 min manat deyil, “məhdudiyyətsiz” edib.

Digər dəyişiklik isə “VİP-Rantye” depozit məhsulunun da maksimum qəbulu məbləği limitsiz olub. Son dəyişikliyə görə, bu depoziti də ancaq manatla qəbul edəcək.

Xatırladaq ki, bankın may ayına olan hesabatına görə, bankın depozit portfeli son 2 ayda 15% kiçilib. (ətraflı)