Xalq Bank-ın depozit portfeli bir ay ərzində 11,2% kiçildi

Xalq Bank/ Foto: Banker.az

“Xalq Bank” ASC-nin aktivləri və depozit portfeli azalıb. Ötən ayın əvvəli ilə müqayisədə sonunda aktivləri 16,64 mln. manata kimi daralıb.

Banker.az xəbər verir ki, bu barədə Bankın aprel ayı üçün açıqladığı maliyyə hesabatında deyilir.

Məlumata görə, mart ayının sonunda aktivləri artaraq tarixi maksimuma çatsa da aprel ayın sonun 7,47% azalaraq 2 mlrd. 59,22 mln. manata düşüb. Bunun da 1 mlrd. 333,65 mln. manatı mütərilərə verilmiş kreditlərdir ki, bu da ay ərzində cüzi  artımın olmasıdır.

Depozit portfeli kiçilib

Xalq Bank-ın açıqladığı hesabata görə, depozit portfeli aprel ayının əvvəli ilə müqayisədə sonunda 11,2%-ə yaxın azalaraq 1 mlrd. 323 mln. manat olub. Aprelin əvvəlində bu rəqəm 1 mlrd. 489,9 mln. manat idi. Lakin, bir faktı da qeyd edək ki, bu azalmaya rəğmən ilin əvvəli ilə müqayisədə artım göstəricisi 13%-dir.

Lakin,azalma müvəqqəti ola bilər. Belə ki, gələcəkdə bankın mənfəətlə işləməsi və manatla təklif etdiyi depozitlərin daha cəlb edici görünməsi gələcəkdə portfeldə artıma səbəb ola bilər.

Ümümiyyətlə isə, Bankın cəmi öhdəlikləri 8,6% kiçilərək 1 mlrd. 791 mln. manat olub.

Hazırda “Xalq Bank”ın cəmi kapitalı 268,69 mln. manatdır.

Bank aprel ayını da mənfəətlə bitirə bilib. Belə ki, ilin ilk 4 ayı ərzində bank 36,25 mln. manat faiz gəliri əldə edib ki, bunun da 9,17 mln. manatı aprel ayının payına düşür. Bank ötən ay ərzində 7 mln. 862 min manat xalis mənfəətlə bitirib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə xeyli çoxdur.

Xatırladaq ki, “Xalq Bank”ın adi səhmlərinin ümümi dəyəri 225 mln manatdır. Səhmlərinin 33,85 %-nə “EuroStandard”, 50%-nə “İdeal Business Ko” MMC və 16,15 %-nə “Amal Invest Group” MMC sahibdir.

📝 RƏY BİLDİR