14 C
Baku
Thursday, April 25, 2024

Xalq Bank-ın kredit portfelinin aktivlərdəki çəkisi azalıb

ASC “Xalq Bank” ilin ilk rübündə aktivləri 23% artaraq 2 mlrd 225,65 mln. manata kimi yüksəlib. Bu bankın tarixində ən böyük göstərici olması deməkdir.

Banker.az xəbər verir ki, bu barədə Xalq Bank-ın 2018-ci ilin ilk 3 ayı üçün tərtib etdiyi maliyyə hesabatında deyilir.

Məlumata görə, aktivlərdə böyük çəki sahibi olan  kredit portfeli daha da artaraq 1 mlrd. 322,55 mln. manat təşkil edib. Lakin, bu artımla yanaşı, kredit portfelinin aktivlərdəki çəkisi azalaraq 59.42%-ə düşüb. Bu göstərici ilin əvvəlində 72.35%, 1 il öncə isə 76.02% təşkil edirdi.

Xalq Bank-ın depozit portfeli ilin əvvəli ilə müqayisədə 27%,  ötən ilin analoji dövrü ilə müqayisədə isə 37% artıb. Belə ki, hazırda bankın depozit portfeli 1 mlrd. 489,9 mln. manat təşkil edir. Cəmi öhdəlikləri son 3 ay ərzində 26%, il ərzində isə 38% artaraq 1 mlrd. 958,81 mln manat təşkil edib. Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi il ərzində dəyişməz qalaraq  31,49 mln. manat təşkil edir.

Bankın cəmi kapitalı 266,84 manat təşkil edir ki, bunun 18,07 mln. manat bölüşdürülməmiş mənfəət və 225,08 mln. manatı isə nizamnamə kapitalıdır.

Bankın faiz gəlirləri 27,09 mln. manat gəlir əldə etməklə 21,32 mln. manat xalis faiz gəliri əldə edib. Bankın ümümi əməliyyat mənfəəti 15,81 mln. manat təşkil edib ki, ondan da 8,3 mln. manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırıb.

Beləliklə, Xalq Bank-ın xalis mənfəəti 7,52 mln. manat təşkil edib. Qeyd edək ki, ötən ili bank 17,61 manata yaxın xalis mənfəətlə tamamlamışdı.

Xatırladaq ki, bankın səhmləri 33,85% “EuroStandard” MMC , 50,00%-i “İdeal Business Ko” MMC, 16,15 %-i “Amal Invest Group” MMC-yə məxsusdur. Bankın səhmlərinin ümümi dəyəri 211 646 490,00 manatdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər