Xalq bankı bildirir ki, ölkədə qızıl-valyuta ehtiyatları azalır

Çinin qızıl-valyuta ehtiyatları 1 illik fasilədən sonra ilk dəfə azalıb.

“Bloomberg” agentliyinə istinadən, bu barədə Çin Xalq Bankı (Mərkəzi Bank – PBOC) məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən ay Çinin qızıl-valyuta ehtiyatları 27 mlrd. dollar və yaxud 0,85% azalaraq 3,13 trln. dollara düşüb. “Bloomberg”in keçirdiyi sorğuda iştirak edənlər isə sözügedən göstəricinin 3,16 trln. dollar təşkil edəcəyini ehtimal edirdi.

Xatırladaq ki, Çinin qızıl-valyuta ehtiyatları 2014-cü ilin iyun ayında 3,99 trln. dollara yüksələrək tarixi rekord səviyyəyə çatıb. Bundan sonra başlayan qlobal maliyyə böhranı nəticəsində ehtiyatlar 2017-ci ilin yanvar ayına qədər təxminən 1 trln. dollar azalaraq 2,998 trln. dollara düşüb.

Analitiklər, Çinin qızıl-valyuta ehtiyatlarında gözlənilməz azalmanı, dünya mərkəzi manklarının monetar siyasətlərini sərtləşdirməsi fonunda ölkədən sərmayə çıxışının başlaması ilə izah edirlər.

📝 RƏY BİLDİR