“Xalq Bank”ın müştərilərə verdiyi kredit portfeli kiçilməkdə davam edir

“XalqBank” ASC-nin 2017-ci ilin oktyabr ayına olan maliyyə göstəriciləri açıqlanıb.

Banker.az xəbər verir ki, Bankın müştərilərə verdiyi kreditin həcmi ilin əvvəli ilə müqayisədə 44,29 milyard manat azalaraq 1 milyard 278,84 milyon manata qədər düşüb. Lakin, Bankın ümumi aktivləri artaraq  1 milyard 807,54 milyon manat olub.

XalqBank-ın ümumi öhdəlikləri artaraq 1 milyard 552,42 milyon manat olub. Bununda 1 milyard 184,23 milyon manatı depozit portfeli təşkil edir. Depozit portfeli isə ilin əvvəli ilə müqayisədə oktyabrda 27,65 milyon manat artıb.

Bankın ümumi kapitalı hazırda artaraq 242,85 milyon manat təşkil edib ki, bunun da,  15,27 milyon mnanatdan çoxu bölüşdürülməmiş mənfəətdir.

Xalq Bank ilin 10 ayında 83,03 milyon manat ümümi gəlir əldə etməklə 14,77 milyon manat xalis mənfəət əldə edib.

Qeyd edək ki, 31.10.2017-ci il tarixinə olan məlumata görə bankın nizamnamə kapitalı 225 mln. manat təşkil edir.