“Xalq Sığorta”də bir neçə müddətdir vakant qalmış yerə təyinat olub

“Xalq Sığorta” ASC-də bir neçə müddət idi ki, vakant qalan Daxili Audit Xidmətinin rəhbərinin adı məlum olub.

Banker.az-ın əldə etdiyi məlumata görə, Daşdəmirov Rasim Qədim oğlu Daxili Audit Xidmətinin rəhbəri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.