“Xalq Sığorta”da kadr dəyişikliyi baş tutub

“Xalq Sığorta” ASC-nin müstəqil təftiş komissiya üzvü dəyişib.

Banker.az saytının məlumatına görə, Elçin Əhmədov Sığorta Şirkətindəki vəzifəsini tərk edib və yerinə Vasif Bairamov təyinat alıb.

Qeyd edək ki, “Xalq Sığorta” ASC 2005-ci ildə yaradılıb,  nizamnamə kapitalı 46,19 mln manatdır. Hazırda iki səhmdar olan “İdeal Business Co.” MMC və Xalq Bank-ın səhm pay sahibi olan “Euro Standard” Şirkəti tərəfindən yarı yarı nəzarət olunur.