24 C
Baku
Wednesday, June 26, 2024

XalqKartda 5% keşbek!

®Xalq Bank XalqKart sahiblərini sevindirəcək növbəti kampaniyaya start verir. 

10 iyuladək XalqKart sahibləri 5 kateqoriya üzrə alış-verişlərdə 5% keşbek/petrol əldə edəcəklər. Belə ki, kampaniya müddəti ərzində XalqKart Petrol kartı bütün kafe və restoran, kinoteatr, icarə xidmətləri, hotel ödənişləri və aviabilet alışı, eləcə də gözəllik salonlarında 5% petrol, XalqKart Cashback kartı isə 5% keşbek qazandıracaq.

Xatırladaq ki, XalqKart Petrol ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər bunlardır:

–           AZN qalığına illik 8% əlavə gəlir;

–           ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə;

–           aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;

–           onlayn sifariş və pulsuz çatdırılma.

Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər. 

XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər