18 C
Baku
Thursday, April 25, 2024

Xanumanın brilyant göz yaşları

Pakistanda Xanuma adlı balaca qız yaşayır (digər məlumatlara görə Fatimə), bu balaca qızcığaz bütün dünyada öz göz yaşları sayəsində məşhurluq qazanıb.

Rəsmi dairələr onun taleyindən narahat olduqları üçün bu barədə ümumiyyətlə məlumat vermirlər. Xanuma doğulandan sonra çiy soğanla ilk tanışlığa qədər bir damcı da olsun göz yaxşı axıtmayıb. Şən və asanlıqla hamıya isinişən bu qızın ağlamaq üçün səbəbi yox idi. Bir dəfə isə on anasını kömək edərkən, təmizlənmiş soğana görə ağlamağa başlayır, onun valideynlərini heyrət bürüyür, qızın göz yaşları yanağından süzülüb axmır, onlar sanki düyü dənələri kimi bərk şəkildə onun gözlərindən səpilir. Şeytan əməli olmasından qorxuya düşən valideynlər and içirlər ki, baş verən xoşagəlməzlik haqqında heç kəsə heç nə deməsinlər.

Valideynlər uzun illər boyu susur və bu sirri saxlayırlar. Peşə baxımından zərgər olan, atası isə Xanumanın göz yaşlarının tərkibini öyrənməyə başlayır. tezliklə o, müəyyən edir ki, bu cisimlər kifayət qədər bərkdir, lakin asanlıqla cilalanır və tamamı ilə şəffafdırlar. Həmçinin onlar günəşdə elə bərq vurur, elə parıltı saçır ki, bunu hətta hər almaz da bacarmaz. Göz yaşları biznesə daxil olur.

Göz yaşlarından hazırlanmış bəzək əşyaları böyük tələbatla qarşılanır və sürətlə satılırdı. Ata sirri bacardığı qədər saxlayır, lakin bir dəfə bu göz damcıları çoxbilmiş bir insanın əlinə düşür və o müəyyən edir ki, “orqanik mənşəli brilyantinlər” qeyri müəyyən bir üsulla alınmış plastmasdan başqa bir şey deyil.

Alimlər də fenomenal hadisədən xəbər tuturlar, onlar Xanumanın göz yaşlarının sirrini hələ də aça bilməyiblər. Qız deyir ki, göz yaşları ona heç də mane olmur.

Onlar yalnız kirpiklərə çatdıqda bərkiyir. Lakin onlar nə kirpiklərə, nə də dəriyə yapışmır və görmə qabiliyyətinə heç bir zərər yetirmirlər. Qızın ağlamasına isə yalnız girdə soğanlar səbəb ola bilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər