Xarab olmuş pulları nə etmək lazımdır?

Yaşadığımız dövrdə bir günümüzü belə pullarsız təsəvvür etmək mümkün deyil. Pullar həyatımızda bir çox problemləri aradan qaldıran amildir. Lakin bəzən elə olur ki, əziyyətlə qazandığımız hər hansı bir əskinaz, bankomatdan pul çəkdikdə və yaxud başqa bir hadisə nəticəsində yarasız bir hala düşür. Həmin pul ilə nə mağazada nə hansısa terminalda, nə də digər yerlərdə ödəniş etmək mümkün olmur.

Pullar kağızdan olduqları üçün onların tez sıradan çıxması təbii haldır. Bir çoxları məlumatsız olduqları üçün həmin yararsız pulları heç bir yerdə götürmədiklərini zənn edərək atırlar. Lakin bu heç də doğru fikir deyil.

Bəs istifadəyə yarasız pulları nə etmək lazımdır?

“Bank sistemində pulların ekspertizasının təşkili və aparılması qaydaları”-na əsasən ölkədə fəaliyyət göstərən bütün kommersiya bankları istifadəyə yarasız olan bütün məbləğdə olan əskinazların dəyişir.

Apardığımız araşdırma nəticəsində əlaqə saxladığımız bir çox banklar həmin əskinazların dəyişdirilməsi üçün heç bir problem olmadığını söyləyir. Yəni məbləğ ilə bağlı heç bir məhdudiyyət olmadığında istədiyiniz məbləğdə olan əskinazı banka təqdim edərək pulunuzu dəyişdirə bilərsiniz. əlavə olaraq qeyd edək ki, bank əskinazın dəyişdirilməsi üçün sizdən heç bir ödəniş tələb etmir.

Lakin burada bir nüans var. Əgər sizin dəyişmək istədiyiniz əskinazın 60%-i varsa, siz stədiyiniz banka yaxınlaşaraq rahat bir şəkildə pulunuzu dəyişdirə bilərsiniz. Yox əgər həmin pulun 60%-dən çox hissəsi yoxdursa, bu zaman həmin əskinaz ekspertiziya üçün  Mərkəzi Banka aparılır. Ekspertizanın cavabları bir ay sonra çıxır və müraciət etdiyiniz banka göndərilir. Daha sonra isə bank sizə Mərkəzi Bankdan pulun dəyişdirilməsi ilə bağlı hansı qərarın gəldiyini söyləyir. əgər Mərkəzi Bankdan müsbət qərar gələrsə, bank sizin pulunuzu dəyişdirəcək. Yox əgər mənfi cavab gələrsə pulunuzun dəyişdirilməsi mümkün olmayacaqdır.

Sonda isə hər kəsə alın təri ilə qazandıqları pulları pul qabında saxlamağı məsləhət görürük. Çünki, araşdırma göstərir ki, cırılmış və istifadəyə yarasız olan pulların böyük bir hissəsi məhz  cibdən çıxarıldığı zaman bu hala düşür. Bu na görə də çalışın pullarla daha incə davranın. Çünki, pullar bir heçliyi belə birinci yerə gətirən yeganə yoldur.