15 C
Baku
Friday, March 29, 2024

Xaricdə təhsil. 1-ci hissə

Bir çox yüksək inkişaf etmiş ölkələr təhsil xidmətləri sahəsində özlərini balıq suda olduğu kimi hiss edirlər. Bəs nə lazımi qədər olmaya bilər? Prinsip etibarilə çox şey. Bütün dünyada ali təhsilə olan tələb ildən-ilə artır. “Qızıl milyard” ölkələrində tələbələrin sayı hər il artsa da, oxumaq arzusunda olanların hamısına yer hələ də çatmır.

Çin və Hindistan kimi sürətlə inkişaf etməkdə olan ölkələrdə varlı ailələr öz uşaqlarını asanlıqla dünya şöhrətli, nüfuzlu tədris müəssisələrinə göndərə bilir. Ya tələbələr öz vətənlərində müvafiq ali tədris müəssisəsi tapa bilmir, ya da onları xarici ölkələr daha çox cəlb edir, lakin abituriyentlərin mobilliyi göz qarşısında artır.

Varlı ölkələr forumu – İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı hesablamışdır ki, 1980-ci ildə 1 milyona qədər tələbə öz ölkəsi hüdudlarından kənarda yerləşən universitet və kolleclərdə təhsil almışdır. İyirmi il ərzində bu göstərici iki dəfədən çox, son 10 ildən az müddətdə isə üç dəfə artmışdır.

Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın təhsil sahəsində müvafiq olaraq birinci və ikinci yerləri tutması xarakterikdir. Britaniyanın Oksford Universitetinə ilk tələbə hələ bu tədris müəssisəsi məşhur olmayan vaxt – 1190-cı ildə daxil olmuşdu. Lakin bu ali məktəbin bir əsrlik adı-sanı və dünya ali məktəbləri arasında yüksək reytinqləri Böyük Britaniyanın nəinki məşhur tədris müəssisələrinə, həm də adi universitetlərinə tələbə cəlb etməyə kömək etdi. Şanxayın Jiao Tong universitetinin reytinqinə görə, Amerikada dünya şöhrətli on universitetdən səkkizi fəaliyyət göstərir, halbuki  Birləşmiş Krallıqda qalan iki universitetin adını çəkə bilərik (bax: cədvəl).

Yer

Universitet

Xarici tələbələr, %, 2008

1

Harvard

23.3

2

Stanford

24.9

3

California, Berkley

9.9

4

Cambridge

23.8

5

MIT

29.4

6

Caltech

12.0

7

Columbia

26.3

8

 Princeton

18.7

9

Chicago

18.6

10

Oxford

25.3

Amerika və Britaniya ali məktəblərinin üstünlüyü ingilis dilinin güclü bazasıdır, bu dil biznesdə, elmdə və habelə mədəniyyətdə universal dilə çevrilmişdir. 2007-ci ildə ali məktəblərə daxil olan 3 milyona qədər tələbədən 20%-i Amerika universitetlərini, 12%-i isə Böyük Britaniya universitetlərini seçmişlər.

Təhsil xidmətləri sahəsi – illik gəliri olan olduqca mənfəətli biznesdir ki, məsələn, Böyük Britaniyada o, 25,4 milyard avro (39,4 milyard dollar) gətirir. Bu sahə mənfəətinə görə nəşriyyat işi ilə müqayisə ediləndir; onun gəlirliliyi hətta reklam sənayesi ölçülərini ötüb keçir, aviakonstruksiya, kosmik və farmaseptik sahələri isə o, kreyser sürəti ilə ötmüşdür. Tədqiqat nümunələri kimi ənənəvi olaraq Amerikanı və onun təhsil sistemini araşdırmamaqdan ötrü Böyük Britaniya və Avropa tərzinin klassikasında dayanaq.

Belə ki, tədqiqatçı Ursula Kelli (Ursula Kelly) Strathclyde universitetindən olan həmkarları ilə birgə aydınlaşdırmışdır ki, Britaniya universitetlərinin gəlirlərinin 10%-dən çoxu (2,9 mlrd. avro) xarici tələbələrdən daxil olur. Onlar təhsildən əlavə, yaşayış, qidalanma, əyləncə və başqa xidmətlərə də 2,3 mlrd. avro sərf edirlər.

Bununla belə,  xarici tələbələrin xərcləri təkcə ticarət münasibətləri sisteminə təsir etmir. Başlanğıc üçün deyək ki, onlar universitetlərin özlərinin kifayət qədər vəsait ayrılmadığından, maliyyə axınlarında özünü göstərir. Məsələn, İngiltərə universitetlərində Böyük Britaniya və Avropa İttifaqından olan tələbələr təhsil üçün ildə 3,290 avro ödəyirlər. Bu məbləğə yenidən baxılması da nəzərdə tutulub. Onların təhsil alması universitetlərə baha başa gəlir, ona görə də, dövlət qrantlar hesabına bu xərcləri bir qədər örtməyə kömək edir.

Lakin bunlar xüsusilə də, laboratoriya tədqiqatları aparılan kurslar üçün kifayət deyil. Universitetlər çox vaxt bu xərcləri xaricdən gələn tələbələr hesabına ödəyirlər. Və bu abituriyentlər kateqoriyası Amerika və ya Britaniya məşhur məktəblərindən imtina edərsə, yerli tələbələr ya keyfiyyətli təhsildən, ya da maliyyə preferensiyalarından məhrum olacaqlar. Bu, sadə olmayan və asketik zamanda xarici abituriyentlər – top ali məktəblər üçün son ümid yeridir. Yeni namizədlərin qəbulunun Avropa ənənəsi üzərində ətraflı dayanaq. Məsələn, Böyük Britaniya hökuməti öz ölkəsindən, həmçinin dost Avropa İttifaqından olan namizədlərin qəbul prosesini ciddi yoxlayır. Belə ki, subsidiya və universitetlərə təhsil haqqını onlar ödəyir. Ona görə də, “yerli” abituriyentlərin yığımını artırmaq üçün hakimiyyət orqanlarına rəsmi ərizə vermək lazımdır, rədd cavabı aldıqda isə  Avropa İttifaqı olmayan ölkələrdən tələbələri cəlb etmək yollarını axtarmaq lazımdır. Bu, demək olar ki, hal-hazırda baş verir: Britaniya misalı (bunu çox asanlıqla bütün Avropaya şamil etmək olar) – burada 2004-cü ildən 2008-ci ilə qədər ali məktəblərdə təhsil alanların sayı 7,1% artmışdır. Lakin bununla yanaşı, xarici tələbələr namizədlərin ümumi sayının 23,7%-ni təşkil etmişdir. Bu, həmvətənlərimiz və MDB-nin digər nümayəndələri, həmçinin Asiya, Afrika və Latın Amerikası nümayəndələri üçün yaxşı xəbərdir.

Lakin maliyyə marağından başqa, xaricdən tələbə cəlb etməyin digər səbəbləri də var. Çox vaxt onlar daha ağıllı və zəhmətkeşdir. Imperial College London-un rektoru, elm, texnologiyalar və tibb üzrə ixtisaslaşmış cənab Riçard Sayks (Richard Sykes) xarici tələbələri cəlb edir və deyir ki, “Böyük Britaniyada standartlar düşmüş, əvəzində Uzaq Şərqdə yüksəlmişdir. Sinqapurdan olan tələbələr fərqlənmə diplomlarının sahibi olaraq mənim əldə etdiyim nailiyyətlərdən heç də geri qalmırlar”. O, həmçinin Çindən olan tələbələri də yüksək qiymətləndirir. Onun sözlərinə görə, çinlilər buta zəhmətsevərlik və səy elementləri gətirmiş və “yerli”ləri bir qədər beyinlə işləməyə məcbur etmişlər.

Ikincisi, sıralarına böyük miqdarda xarici namizəd qəbul edən universitetlər beynəlxalq status alır, bu da onların təcrübəsini və tərkibini zənginləşdirir. Lakin bu yalnız nəzəriyyə kimi də qala bilər, belə ki, xaricilər çox vaxt kompakt  qruplar halında yığışır və yerli həmkarları ilə əlaqə saxlamırlar. Bu vəziyyət  London School of Economics (LSE)-yə çox tanışdır. Burada tələbələrin 80%-i xaricdən gələnlərdir. Həmin məktəbin Polşadan olan məzunu Peter Zakovetskinin sözlərinə görə, LSE tələbəlik mühitinin müxtəlifliyi ilə fəxr edə bilər, lakin bunu tam mənada mədəniyyətlərin müxtəlifliyi adlandırmaq olmaz. Bu, daha çox multi-monokulturizmdir.

Və nəhayət, istedadlar uğrunda qlobal müharibədə istedadlı namizəd tapmaq – ölkənin özü və onun təhsil müəssisəsi üçün əsl uğurdur. Bu, gələcəkdə yeni kəşflər edəcək və yeni iş yerləri açacaq, yeni şirkətlər yaradacaq insanlardır. Və hətta bunu etməsələr də, xarici tələbələrə təhsil verən ölkə bütün həyatı üçün etibarlı  tərəfdaş yaradır.

 Hal-hazırda təhsil xidməti bazarında kəskin rəqabət mövcuddur. Əvvəl bir-biri ilə rəqabət aparan ABŞ, Böyük Britaniya və Avstraliyadan başqa potensial rəqiblər sırasına Almaniya, Fransa və Hollandiya kimi qeyri ingilis dilli ölkələr də daxil olmuşdular.   Keçmiş istehlakçılar da tədricən potensial rəqiblərə çevrilirlər.  Belə ki Sinqapur, Malayziya və xüsusilə Çin regional təhsil mərkəzləri roluna namizəddirlər.

Dəyişikliklər

Hal-hazırda bütün iri ölkələr təhsil xidmətləri bazarında yeni tendesiyalar haqqında düşünürlər. Beləliklə yenidən bu bazarın liderləri olan ABŞ-a və Birləşmiş Krallığa nəzər salaq. Axırıncıda 2008-ci ildə 368 970 əcnəbi tələbə oxuyurdu və onların üçdə ikisini Aİ üzvü olmayan ölkələrdən olan abituriyentlər təşkil edirdi.  Bununla bərabər, çinlilərin sayı 47 000, hindlilərin sayı isə 34 000 təşkil edirdi. Lakin bu ölkələrin nümayəndələlərinin üç dəfədən çox hissəsi Amerika məktəblərini fəth etməyə getmişdilər. Beynəlmiləlçilik indi dəbdədir və bütün ali təhsil məktəbləri başqa ölkələrdən mümkün qədər çox namizədləri cəlb etməyə çalışırlar.

Amerikanın tanınmış məktəbləri digər ölkələrdən istedadlı abituriyentləri cəlb etməyə istiqamətlənmələrinə baxmayaraq, yerli kolleclərin çoxu belə siyasətin əleyhinədir. Təəccüblüdür, lakin 2007-ci ilə kimi ABŞ bazarda tutduqları paylarını durmadan itirirdi.  Bu ölkə kütləvi mədəniyyəti, “rezin” kimi əmək bazarı və ardı kəsilməyən müxtəlif qrantlar və təqaüdlər axını ilə cəzbedicidir.  Lakin hal-hazırda bu artıq azdır. Çox ölkələr xarici tələbələri müxtəlif üsullarla cəlb etmək üçün maarif sahəsində peşəkarları işə götürürlər. Hətta aparıcı universitetlər axtarış sahələrini genişləndirirlər.

Avstraliya gözə xoş gələn təbii şəraitdə tikilmiş öz yeni günəşli kampusları və eləcə də sənət əsərinə oxşar evlər ilə, amerikalılar və avropalılar haqqında bunu deməyə mümkün olmayan coğrafi cəhətdən asiyalıların çoxlarının doğma ölkələrinə yaxın yerləşməsi ilə tələbələri cəlb etməyə davam edir. Lakin yanvar ayında Hindistanlı Nitin Qanqın (Nitin Garg) qətli və sonra Hindistanın gənc nümayəndələrinə olan bir sıra hücumlar bu kateqoriya tələbələrin şövqünü azaltdı: bu səbəbdən onların nümayəndələrinin miqdarı 10% azaldı. Lakin Çin nümayəndələrinin sayının 20% artması bu itkini kompensasiya etmişdir. Hal-hazırda Avstraliya universitetlərində oxuyan Çin vətəndaşlarının sayı 63 000 nəfər təşkil edir.

Kanadada xarici tələbələrin miqdarı son 10 ildə iki dəfə artmışdır. Bu ölkə əsasən Çin, Amerika, Fransa və Hindistan nümayəndələrini və eləcə də Amerika təhsili almaq istəyən, lakin yerli mühit tərəfindən qəbul edilməyəcəklərindən çəkinən namizədləri cəlb edir. Vankuverdə öz şöbəsini açmış bir Amerika universitetinin nümayəndələri məktəblərinin İran abituriyentləri arasında xüsusi ilə məşhur olduğunu iddia edirlər.

Eləcə də Yaponiya inkişaf etmiş ölkələrdən olan xarici tələbələr payını hal-hazırda olan 3-4%-dən çox və Çin tələbələrinin sayını əhəmiyyətli dərəcədə artırmağa çalışır. Yaponiyalılar daha çox xarici namizədləri cəlb etmək məqsədi ilə hal-hazırda ingilis və digər dillərdə dərs keçən Avropa universitetlərinin qabaqcıl təcrübələrini öyrənirlər.

Belə rəqabət olduğu halda çox sayda ali təhsil məktəbləri qiymət mənasında mövqelərindən geri çəkilirlər. Məsələn, Imperial College London-un fizika fakültəsində oxumaq üçün xaricdən olan tələbə ildə 20,750 avro ödəməlidir və daha 14,000 avro orada yaşamaq üçün xərcləməlidir. Harvard universiteti ildə 22,000 avrodan çox və əlavə olaraq 12,000 avro yaşayış, qida və sair tələb edir. University of Sydney-də fizika üzrə bakalavr diplomuna ödəmə ildə 20,000 avro təşkil edəcək və siz 12,000 avro kampusda yaşamaq və qidalanmaq üçün ödəyəcəksiz.

Xərcləri hesablayaq

Britaniya məktəblərinin tələbələri öz təhsil haqlarını əsasən özləri ödəyirlər: ancaq az sayda abituriyentlər qrant alır yaxud öz dövlətlərindən yardım alırlar.   Amerika universitetləri isə qrantları və təqaüdləri bütün istedadlı, lakin təhsil haqqını tam ödəmək imkanında olmayan namizədlərə almaq imkanını verir. Harvard universitetində xarici namizədlər daxil olmaqla abituriyentlərin 20%-dən çoxu maliyyə yardımı alır.

Britaniya xüsusiyyətləri

Hal hazırda olan seçim azadlığı və müxtəlifliyini nəzərə alaraq Avropa təhsil sisteminin təmsilçisi kimi Böyük Britaniya ali məktəblərinin xüsusiyyətlərinə nəzər yetirək.  İntizamsız və bir qədər key Britaniya tələbələrinin onlardan daha çox ağıllı və  çalışqan xarici həmkarlarının hisslərinə toxunmağına baxmayaraq, xarici ölkələrdən olan abituriyentlər ümumilikdə təhsildən razıdırlar. Vill Arçerin (Will Archer) keçirdiyi sorğuya əsasən axır beş ildə Böyük Britaniyada təhsil alan xarici tələbələrin aldıqları təhsildən razı qalmaqları əhəmiyyətli dərəcədə artıb. Lakin Amerika ali məktəblərində müxtəlif elmləri öyrənən abituriyentlər  daha çox özlərini yerli cəmiyyətin hissəsi kimi hiss edirlər.

Bununla belə, Britaniya məktəbləri müstəqil tədris təbliğ etdikləri üçün fəxr edirlər. Çox universitetlər hətta iştirak etmək vacib olmayan minimal auditoriya saatları təklif edirlər. İmtahanlar az olur və nadir hallarda onlara rast gəlmək olar. Xarici abituriyentlər belə təhsil mühitində çox vaxt ciddi çətinlik çəkirlər. Lakin Pakistandan olan tələbə və LSE-ni bu yaxınlarda bitirən məzun Şeyrhar Azhar (Sheyrhar Azhar) qeyd edir ki, Britaniya təhsil üsulu “tez böyüməyə kömək edir”.

Daha bir xüsusiyyət ondan ibarətdir ki, Böyük Britaniya çox miqdarda xarici tələbə qəbul edir, lakin onun vətəndaşları nadir hallarda xaricə oxumağa gedirlər. Bu əsasən ölkədə yüksək səviyyəli məktəblərin işləməsi və dövlətin təhsilə subsidiya verməsi səbəbindən irəli gəlir. Lakin tələbələrin təhsili ödəməkləri məcburiyyəti qarşısında qaldıqları vaxtdan onlar digər variantlarla, əsasən də ABŞ ali təhsil məktəbləri ilə aktiv maraqlanmağa başlayıblar.

Maraqlıdır ki öz tələbələrindən fərqli olaraq, Britaniya ali məktəbləri öz səviyyələrini aktiv genişləndirirlər və xaricdə nümayəndəliklər açırlar.  Məsələn, hələ 10 il qabaq University of Nottingham Malayziyada birinci olaraq öz şöbəsini açmışdır; hal-hazırda orada 3 500-ə qədər tələbə təhsil alır. 2004-cü ildə həmin məktəb Çində universitet şəhərciyinin bünövrəsini qoymuşdur.  İndi University of Nottingham Ningbo-da 30 millətdən olan 4 300 abituriyent təhsil alır.

Asiyanın xeyirinə “Hə”, lakin hara getməli?

Təhsil xidməti bazarının hansı regionda daha intensiv inkişaf edəcəyi və onun hansı formada olacağı əsas sualdır. Economist Intelligence Unit-in tədqiqatlarına əsaslanaraq Çin xaricə daha bu sayda tələbə göndərməyəcək: 2007-ci ildə qəbul edilmiş bir uşaq siyasəti və Çin universitetləri şəbəkəsinin inkişafı sayəsində, Çindən olan abituriyentlərin çoxları vətəndə qalacaq. Əslində bu məktəblərin əhəmiyyətli hissəsi artıq öz Amerika və Britaniya həmkarları ilə xüsusən  diplomdan sonrakı tədris sahəsində rəqabət aparırlar.

Kənd məktəbindən nüfuzlu universitetə?

Hindistan ardı kəsilməyən tələbə axını nöqteyi nəzərindən daha çox ümid verə biləcək ölkə ola bilər. Universitetlərdə tədrisin keyfiyyətini yüksəltmək və onların sayını artırmaq cəhdlərinə baxmayaraq Hindistan Çindən geridə qalır. Ölkədə indiyə kimi universitet fakültələrində oxumağı ödəyə bilməyən müxtəlif təbəqələr üçün yerlərin bir hissəsi ehtiyatda saxlanılır. Vətənində oxumaq imkanı olmayan Hindistanın varlı abituriyentlərinə isə xaricdə nüfuzlu ali təhsili almaq daha üstün tutulan seçim ola bilər.

Nəticədə təhsil xidmətləri bazarı bu və ya digər şəkildə dəyişir və zaman keçdikcə ali təhsil beynəlxalq təhsil olacaq.

Son xəbərlər
Digər xəbərlər