18 C
Baku
Thursday, April 25, 2024

“Xaricdə yaşayan həmvətənlərimizlə bağlı Prezidentin ciddi tapşırıqları var”

“Cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Bu, böyük etimad və məsuliyyətdir”.

Bunu açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov deyib.

O bildirib ki, sədri olduğu Dövlət Komitəsi tərəfindən bütün tapşırıqlar dərhal yerinə yetiriləcək: “Biz bu istiqamətdə öz işimizi davam etdirəcəyik. Xaricdə yaşayan həmvətənlərimiz, uzun müddətdir Azərbaycandan kənarda yaşayan azərbaycanlılar Diasporla İş üzrə Dövlət Komitəsindən dəstək, qayğı və məhəbbət gözləyirlər. Bu istiqamətdə cənab Prezidentin ciddi tapşırıqları var. Biz birlikdə qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyik”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər