21 C
Baku
Thursday, April 25, 2024

Xaricdən 616 min ton avtomobil benzini istehlak etmişik

2017-ci ilin ilk yarısında Azərbaycanda avtomobil benzininin istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7% artaraq 615,7 min ton təşkil edib.

Dövlət Statistika Komitəsinə istinadən, avtomobil benzini ümumi neft məhsulları istehlakının 32,4%-ni təşkil edib.

Hesabat dövründə 599,3 min ton dizel yanacağı (38,8% çox), 322,2 min ton mazut yanacağı (44% az), 101,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin (20,6% çox), 73,3 min ton aviasiya üçün və sair ağ neft (20,4% az), 75,7 min ton neft bitumu (31% çox), 70,6 min ton maye qaz (7,5% az), 21,8 min ton sürtkü yağları (14% çox), 21,9 min ton digər məhsullar (2,6 dəfə çox) istehlak edilib.

Beləliklə, hesabat dövründə ölkədə neft emalı məhsullarının istehlakı 1,9 mln. ton olub və 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1% azalıb.

Ümumi istehlakın 31,5%-ni dizel yanacağı, 16,9%-ni mazut yanacağı, 5,3%-ni neft-kimya sənayesində istifadə üçün benzin, 3,9%-ni aviasiya üçün və sair ağ neft, 4%-ni neft bitumu, 3,7%-ni maye qaz, 1,1%-ni sürtkü yağları, 1,2%-ni isə digər neft emalı məhsulları təşkil edib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər