16 C
Baku
Saturday, April 27, 2024

Xarici ölkələrdə biznes qurmaq neçəyədir?

Bu gün bir çoxlarını xaricdə biznes qurmaq ideyası özünə cəlb edir. Başqa bir ölkədə şəxsi biznes açmaq – nəinki yaxşı pul qazanmaq imkanı verir, həm də firmanın gələcək inkişafı üçün daha geniş imkanlar, o cümlədən də turist vizasının verdiyi hüquqlar ilə müqayisədə daha çox üstünlük və imtiyazların əldə edilməsinə zəmanət verir. 

Bu gün həmçinin də sayı gündən günə artan offşor zonalarında kompaniya açmaq kifayət qədər populyarlaşıb. Biz Kanada, ABŞ və offşor ərazilərində biznes açılmasının neçəyə başa gələcəyini və bundan ötrü nə qədər vəsait tələb olunduğunu araşdırdıq.

Kanada

Yeni Dünyanın digər ölkələri ilə müqayisədə, Kanada da firma açmaq daha asandır. Bu ölkənin biznes-strukturlarının sözü gedin sahədə göstərdiyi kredit və konsultasiya timsalında dəstəkdən əlavə, Kanada hökuməti və hər bir bölgə üzrə dairənin yerli administrasiyası da xırda biznesin inkişafı istiqamətində aktiv siyasət yeridir.

Amma Kanadada firma qeydiyyatdan keçirməkdən ötrü ən azı öz ölkəndə iki illik təcrübəsi olan uğurlu biznesə sahib olmalısan
Beləliklə bugünkü gündə Kanada da şəxsi biznes açmağın iki yolu vardır: birincisi rezidenti olduğunuz ölkədə artıq mövcud olan biznesin genişləndirilməsi, ikincisi biznes-immiqrasiya.

Belə müəyyən etdik ki, Kanadaya immiqrasiya və orada şəxsi biznesin açılması ilə məşğul olan kompaniyalardan birində xidmət haqqı işin çətinliyindən asılı olaraq müəyyən olunur və hər dəfə fərdi qaydada təsis edilir.

Məsələn, Kanadanın Federal İmmiqrasiya proqramına müstəqil müraciət etmək üçün sənədlərin tərtib edilməsinə yardım göstərilməsi sizə 1000 ABŞ dollarına başa gələ bilər.

Biznes-immiqrasiya proqramı biznesin idarə edilməsində təcrübəsi olan və Kanada iqtisadiyyatına investisiya etməyə hazır olan iş adamlarına yönəldilib.

Bu zaman investorların hesabında mütləq ən azı 1 600 000 Kanada dolları civarında məbləğ olmalı və onlar Kanada iqtisadiyyatına ən azı 800 000 Kanada dollar investisiya etməlidirlər. Iş adamları üçün hesabdakı məbləğin minimum 300 000 Kanada dolları, biznes idarə edilməsi sahəsində iş təcrübəsinin olması vacibdir. (Kanada dollarının kursu təqribən Amerika dollarına bərabərdir).

ABŞ

Əgər siz ABŞ-da biznes ilə məşğul olmağa qərar vermisinizsə, qarşınızda ilk dayanan problem ABŞ-da vizanın alınmasıdır. Burada sizin qarşınıza bir neçə variant çıxacaq. Onların içində ən geniş yayılanları sizə təqdim edirik. Ən geniş yayılmış variant artıq ABŞ-da hazır qurulmuş biznes almaq və L-1 vizası əldə edilməsi üçün müraciət etməkdir.bizness mir2 400.jpg

Bu viza sizə birləşmiş ştatlar ərazisində üç il qanuni yaşamaq hüququ verir, amma bundan ötrü həm də sizin öz ölkənizdə fəaliyyət olan kompaniyaya sahib olmağınız vacibdir. Bu kompaniyalar arasında əlaqə olmalıdır və ABŞ ərazisində fəaliyyət göstərmək tələb olunur.

Bu yol kifayət qədər zəhmət tələb edir, ona görə də əksər biznesmenlər Amerikaya qonaq vizası ilə gedir, daha sonra statuslarını dəyişməyə çalışırlar.

Firmanın ABŞ-da qeydiyyatdan keçirilməsi prosesi heç də bütün Amerika üzrə vahid bir orqan tərəfindən aparılmır, hər ştat bu məsələyə fərqli cür yanaşır, yəni qeydiyyat ayrı-ayrı ştatların hakimiyyət orqanları tərəfindən həyata keçirilir. Hər bir ştatın kompaniyaların qeydiyyatdan keçirilməsi məsələlərini tənzimləyən özünün qanunvericiliyi vardır. Ştatdan asılı olmayaraq ABŞ-da bütün hüquqi şəxslər federal qaydada vergiyə məruz qalır.

Amma ki, əksər ştatlarda qeydiyyat rüsumu o qədər də böyük miqdarda təsis edilməyib, buna görə də bu gün ABŞ-da biznes qeydiyyatdan keçirmək dünyada ən az baha olanlar siyahısındadır.

Offşorlar

Qeydiyyat qiymətləri sizin biznesi açmaq istədiyiniz offşor ərazisindən asılı olaraq dəyişir. Bununla yanaşı hüquqi məsləhət verilməsi ilə məşğul olan kompaniyalar müəyyən edib ki, sifarişçinin öz adını daşıyan kompaniyaların offşor ərazilərində qeydiyyatdan keçirmək daha baha başa gəlir, çünki belə halda bu sifarişi yerinə yetirmək daha uzun vaxt tələb edəcək.

Məsələn, Kiprdə təkcə firmanı qeydiyyatdan keçirmək xərcləri sizə 2600 dollara başa gələcək. Bundan əlavə administrasiya, audit və hesabatlar, həmçinin mühasibatlıq xərcləri ödənilir və bütün bunlar saatı 250 dollara başa gəlir.

Məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) qeydiyyatının ən bahalı olduğu ölkə isə Danimarkadır -9900 avro. Eyni zamanda bu ölkədə tərəfdaşlıq əsasında biznes qurulması –yenə də məhdud məsuliyyətli cəmiyyət formasında –sizə təxminən 30% daha ucuz 6200 avroya başa gələcək.

Firmaların qeydiyyatı ilə bağlı ən aşağı qiymətlər isə Beliz, Sent-Vinsent, Marşal və Seyşel adalarında qüvvədədir. Xidmətlərin qiyməti -850 dollardır, inzibati, audit və mühasibatlıq xidmətlərinə görə tariflər də həmçinin minimal olub, il ərzində 750 dolları üstələmir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər