12 C
Baku
Thursday, March 28, 2024

Xarici vətəndaşlar Azərbaycanda bank kartlarla milyard manata yaxın əməliyyat aparıb

Bu ilin yanvar-oktyabr ayları ərzində xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsi ilə 871 mln. 597,845 min manat əməliyyat aparıblar.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ən böyük əməliyyatlar avqust ayı ərzində (100 mln. 788,271 min manat) müşahidə olunub.

Ötən ilin analoji dövrü ilə müqayisədə bank əməliyyatları 98% və ya 405 mln. 540,177 min manat artıb.

Qeyd edək ki, 2016-cı ilin 12 ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 602 mln. 288,119 min manat olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər