8 C
Baku
Friday, March 29, 2024

Xaricilər Azərbaycan banklarındakı əmanətlərini geri çəkməyə başlayıb

Azərbaycanda qeyri-rezindentlər banklardakı əmanətlərini geri çəkməyə başlayıb. Aprel ayı ərzində qeyri-rezidentlərin Azərbaycandakı kommersiya banklarındakı əmanətlərinin həcmi 24,7 mln. manat və ya 3,3% azalaraq mayın 1-nə 726,2 mln. manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının(AMB) aylıq hesabatında deyilir.

Hesabata əsasən, illik müqayisədə isə əmanətlərin həcmində 140,7 mln. manat və ya 16% azalma qeydə alınıb.

Mayın 1-nə əsasən qeyri-rezindetlərin banklardakı əmanətlərinin 652,3 mln. manat və ya 89,8%-i xarici, 73,9 mln. manat və ya 10,2%-i milli valyutada yerləşdirilib.

Bildirək ki, 2018-ci il aprelin sonuna əsasən fiziki şəxslərin banklardakı cəmi əmanətlərinin 7 155,1 mln. manat və ya 90,8%-i rezidentlər, 726,2 mln. manat və ya 9,2%-i qeyri-rezidentlər tərəfindən yerləşdirilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər