14 C
Baku
Wednesday, April 24, 2024

Xidmət Kanallarının İdarəolunması Şöbəsinin Mütəxəssisi – PASHA Bank

“PASHA Bank” ASC Xidmət Kanallarının İdarəolunması Şöbəsinin Mütəxəssisi vakansiyasını elan edir.

ƏHATƏ DAİRƏSİ / STRATEJİ ÖHDƏLİK:

Xidmət keyfiyyəti modellərinin tətbiqində və şöbənin inzibati əməliyyatlarında daha yüksək vəzifəli işçilərə dəstək göstərməyə məsuliyyət daşıyır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

Bankda şikayətlərin idarəolunma sisteminin əməliyyat baxımından funksionalığını və tənzimləyici tələblərə uyğun aparılmasını təmin etməsi
Müştəri xidməti keyfiyyətinə dair sorğuların hazırlanmasını və sorğunun keçirilməsi zamanı müvafiq departamentlərlə əlaqələrin koordinasiyasını daha yüksək vəzifəli işçilərə dəstək olaraq həyata keçirməsi
Əlaqə mərkəzi, rəqəmsal əlaqə kanalları və digər mənbələrdən daxil olan müştəri rəylərini toplamaq və cəmləşdirmək, araşdırmaq və təkmilləşdirmə üzrə tövsiyələr təklif etməsi
Müştəri rəyləri və şikayətləri və onların həllinə dair dövri və xüsusi hesabatları hazırlaması
Keyfiyyət standartlarının, xidmət səviyyəsi haqqında razılaşmaların və digər aidiyyəti sənədlərin hazırlamasında daha yüksək vəzifəli işçilərə köməklik göstərməsi
Məlumatın toplanması və təhlil üçün sistemləşdirilməsində daha yüksək vəzifəli işçilərə dəstək göstərməsi
Proses sahibləri ilə şikayətlərin və digər məsələlərin həlli və xidmətin bərpası üzrə tədbirlərin görülməsi
Biznes Mərkəzlərə nəzarətin icra edilməsi: xidmət mühiti və məhsuldarlıq, müştəri ilə ünsiyyət, eksteryer və interyerin vəziyyəti, geyim tərzi və digər xidmət standartları
Biznes Mərkəzlərinin fəaliyyətində yaranan xətaları təhlil etmək və keyfiyyətin təkmilləşdirilməsi üçün təklifərin verməsi
Müəyyən olunmuş xidmət standartlarının, Əlaqə Mərkəzi və Biznes Mərkəzləri tərəfindən həyata keçirilməsinə nəzarət və dəyərləndirilməsi.
Əlaqə Mərkəzi əməkdaşlarının, Biznes Mərkəzləri əməkdaşlarının və ehtiyac olduqda Müştəri Menecerlərinin xidmət keyfiyyətinin qiymətləndirilməsi.
Məlumat bazasının (FAQ) hazırlanması və mütəmadi olaraq yenilənməsi.

VƏZİFƏNİN DİGƏR XÜSUSİYYƏTLƏRİ:

Tələb olunan minimum iş təcrübəsi: 1-3 il
Dil bilikləri: Azərbaycan, Rus və İngilis.
Mürəkkəblik səviyyəsi: Orta səviyyədə mürəkkəbliyə malik olan prosedur və tapşırıqlardan təşkil olunub. Müstəqil qərarvermə qabiliyyəti mövcud resursların seçilməsi və onların işə tətbiqi zamanı tələb olunur. Davamlı nəzarət isə yalnız vacib hallarda təmin edilir.
Komanda işi: İş prosesi və xidmət keyfiyyətinin əldə olunması üçün struktur vahid daxilində komanda ilə tez-tez koordinasiya, kommunikasiya və problemlərin həll olunmasında iştirak etməlidir.
Qərarvermə (Müntəzəm/Qeyri-müntəzəm): Müntəzəm qəbul edilən qərarlar – təkrarlanan, rutin məsələlərlə bağlı qəbul edilən qərarlar ancaq bir neçə fərdin işinə təsir edir və adətən əhatə dairəsi departament daxili ilə məhdudlaşır. Spesifik iş fəaliyyətləri və nəticələr adətən hərtərəfli nəzərdən keçirilir.
Müştəri xidmətləri: Müştəri ehtiyaclarını qarşılamaq üçün rutin, yaxud lazım olan addımlar atır. Müştərilərin sorğusu, xahiş və şikayətlərinə vaxtında və düzgün cavab verir, prosesin sonrakı mərhələsini təqib edir.
Ünsiyyət: İşlə bağlı qarşılıqlı ünsiyyət əsasən təşkilatın xidmət və əməliyyatları barədə məlumat toplamaq və məlumatla təmin etmək üçündür.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 14.04.2018-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Xidmət Kanallarının İdarəolunması Şöbəsinin Mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər