15 C
Baku
Saturday, April 20, 2024

Xoşbəxt olmaq üçün dosta ehtiyacımız var

Bu məqalədə biz sizə xoşbəxt olmaq üçün neçə dosta sahib olmağımız haqqında danışacağıq.

Alimlərin və tədqiqatçıların araşdırmalarına əsasən, özünü xoşbəxt hiss etməsi üçün bir insanın beş dosta ehtiyyacı var.

Əksəriyyətimiz bilirik ki, insanlarla ünsiyyət qurmaq bizə yaxşı təsir edir. İnsanlar arasında aparılan sorğuda aşkar olunmuşdu ki, əgər bir nəfərin 5 və ya daha çox dostu varsa, və həmin insan dostları ilə vacib məsələləri həll edirsə, o, özünü daha xoşbəxt  (60%) hiss edir.

Təbii ki, müxtəlif alimlərin fikirləri üst-üstə düşmür. Nottingham University universitetindən olan britaniyalı psixoloq Riçard Tanni 10-dan çox dostu olan bir insanın daha xoşbəxt olduğunu iddia edir. Aydındır ki, sizin dostlarınızın sayı ünsiyyət qura bilmək bacarığınızdan, digər şəxsi xüsusiyyətlərinizdən və şərtlərdən asılıdır.

Yadda saxlayın ki, məhz dostlarımız sayəsində biz özümüzü daha xoşbəxt hiss edirik. Psixoloq Çiksentmixayi qeyd edir ki, dostlarımızla ünsiyyət qurarkən biz daha çox sevinc alırıq, nəinki qohumlarımızla ünsiyyətdən və yaxud tək qalmaqda.

“Bütün tədqiqatlar sübüt edirlər ki, insanlar tənha qaldıqda depressiyaya düşürlər. Əksinə, dostları ilə sıx əlaqə saxladıqda isə özlərini daha yaxşı hisss edirlər. Məsələ bundadır ki, hətta tanımadığımız insanla belə ünsiyyət quranda bizim diqqətimiz onun ətrafında cəmlənir. Yanımızda bir insanın olması bizə öz qarşımıza məqsədlər qoymağa vadar edir.

Ünsiyyət qurduğumuz insanların sayı bizim həyatımızın keyfiyyətinə təsir edir və məhz buna görə digər insanlarla ünsiyyət qurmağa sərf etdiyimiz enerji həyatımızı yaxşılaşdıran bir üsul kimi qəbul edilir”.

Son xəbərlər
Digər xəbərlər