23 C
Baku
Saturday, April 20, 2024

Xoşbəxt olmaq üçün nə qədər pul lazımdır?

Göründüyü kimi, cavab çox sadədir. 30 milyon dollar. Əgər onları banka qoysaq, il ərzində təqribən 2,5 milyon dollar qazanmaq olar (inflyasiyanı nəzərə almaqla 1,8 milyon dollar). Onlar növbəti formada xərclənirlər: 

  • yaşayış yeri : $0,2 milyon – çox yaxşı bir evdən ötrü ödənilən kredit məbləği. Düzdür bunu Normandiya qəsri hesab etmək olmaz, amma bir mənzil kimi kifayət qədər sanballıdır.
  • avtomobil: il ərzində $0,1 milyon dollar. Porsche Cayman səviyyəsində iki gözəl avtomobilə görə kredit ödənişləri. Bir ailə üçün kifayət edər.
  • qidalanma: il ərzində $50 000 dollar, ay ərzində təqribən $4000. Bu məbləğ evdə və arada bir də yaxşı restoranlarda qidalanmağa kifayət edər.
  • geyim: il ərzində $25 000 dollar. Əgər il ərzində bütün ən məşhur modelyerlərin kolleksiyasını almaq fikrində deyilsinizsə, onda qeyd etdiyimiz məbləğ sizin və ailəniz üçün lazım olandan da daha artıqdır.
  • səyahət və istirahət: il ərzində $0,3 milyon – ekzotik ölkələrdən birinə dörd həftəlik istirahətə kifayət etməlidir. Əlbəttə ki, 1-ci sinif (biznes) klass reysi ilə.
  • əyləncə: il ərzində $50 000 dolları – praktiki olaraq, istənilən növ hobbi üçün kifayət edər.
  • yaxta: il ərzində $0,3 milyon dollar – həm krediti, həm də istismar xərclərini ödəyər. Heç yaxtasız zingin adam olar?
  • gündəlik əşyalar: il ərzində $0,2 milyon dollar, akustik avadanlıqlar, noutbuklar, xoş hədiyyələr, ürəyəyatan kiçik nüanslar
  • xidmət: il ərzində $0,2 milyon dollar – məşqçilər, repetitorlar, xadimə və ya dayələr, sürücülər, həyatımızı asanlaşdırır 🙂
  • ailə: il ərzində $0,2 milyon dollar – uşaqlar üçün yaxşı təhsil valideynlərin qayğısına qalmaq
  • ciblik xərci: il ərzində 175 000 dolları öz istəyinə və baxışına paylaşdıra bilərsən. Məsələn, sağlamlığın qeydinə qalmaq və ya investisiyalar ilə məşğul olmaq.
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər