15 C
Baku
Friday, April 26, 2024

Yahoo!-nun yaranma tarixi

1994-cü ildə Stendford universitetinin tələbələri Cerri Yanq və Devid Filo inteqral sxemlərin kompüter layihələndirilməsi sahəsində dissertasiya işinin müdafiəsinə hazırlaşırdılar. Lazımlı informasiyanın tapılması və linklərin kopyalanması üçün onlar zamanlarının çoxunu internetdə keçirməli oldu. Kopyalanan linklərin siyahısı getdikcə artırdı və belə olduqda Yanq və Filo dissertasiya işini bir kənara qoyaraq yalnızca linklərin toplanması ilə məşğul olmağa başladılar. 1994-cü ilin ortalarında bu linklərin sayı çoxaldıqca onlar linkləri kateqoriyalar üzrə qruplaşdırmağa başladılar. Daha sonra isə bu qrupların yarım-qruplarının da yaradılmasına başlanıldı.

Kim inana bilər ki, ən uğurlu internet layihəsi www.yahoo.com-un öz axtarış xidməti məhz bu yaxınlarda yaranıb. Lakin Cerri və Devidin siyahısı bu zaman yalnızca dostlar üçün nəzərdə tutulmuşdu. Zaman keçdikcə saytın ziyarətçilərinin sayı da artırdı. Saytın ünvanı “dildən-dilə” dolaşaraq yayılırdı…

Uğura doğru atılan ilk addım yaddaşlarda qalan Yahoo! adı oldu. İstifadəçilərin tələblərini nəzərə alan sayt yaradıcıları saytı təkmilləşdirməyə başladılar. “What’s New” və “What’s Cool” kimi yeni kateqoriyalar və bölmələr yaradıldı. 1994-cü ilin sonuna Yanq və Filo dissertasiyalarını bütünlüklə ataraq yeni axtarış saytı üzərində işləməyə başladılar.

yahoo yahoo

12 aprel 1996-cı ildə www.Yahoo.com öz səhmlərini satışa çıxardı. Bir səhmi 12 dollara satışa çıxarılsa da günün sonunda artıq onlar 33 dollara satılırdı. Yahoo yaradıcıları mətbuatda və televiziyada öz reklamlarını yerləşdirməyə başladı. Yahoo! axtarış sisteminin yeni rəhbəri Tim Kuql saytı əsl portala çevirmək qərarı aldı.
Hazırda Yahoo! internet portalının auditoriyası 345 milyon insan olaraq qiymətləndirilir. Bunlardan 165 milyonu isə artıq qeydiyyatda olan istifadəçilərdir. Şirkətin Şimali Amerika, Avropa, Asiya və Sakit okeanı regionunda 30-dan artıq nümayəndəliyi fəaliyyət göstərir.

Mecerlər Yahoo!-da axtarılan məlumatın Google-dan iki dəfə daha tez tapıldığını iddia edir. Onların fikrincə Yahoo! axtarış sisteminin baza məlumatları 20,5 milyard obyektdən – 19 milyard mətn məlumatı və 1,5 milyard təsvirdən ibarətdir. Bununla da, onun axtarış indeksi demək olar ki, Google-un göstəricilərini iki dəfə geridə qoyur. Belə ki, Google-un məlumat bazası 11,3 obyektdən, yəni – 8,2 milyard mətn və 3,1 milyard təsvirdən ibarətdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər