14 C
Baku
Thursday, March 28, 2024

Yahoo! şirkəti Marissa Mayerə 186 milyon dollar ödəyəcək

Yahoo!, şirkətin icraçı direktoru Marissa Mayer şirkətdən getdiyi zaman ona səhm və nağd pulla 186 milyon dollar ödəyəcək.

Banker.az saytı CNN-ə istinadən xəbər verir ki, Yahoo! şirkətinin əsas biznesi 4,5 milyard dollara Verizon şirkəti tərəfindən əldə edildikdən sonra, Mayer icraçı direktor vəzifəsindən gedəcək. Yahoo! bu müqaviləni cari ilin iyun ayında bağlamağı düşünür.

Mayer 84 milyon dollardan çox səhm alışı üçün opsionlara, təqribən ümumi dəyəri 25 milyon dollar olan pulsuz səhm paketinin əldə edilməsi hüququna malikdir. Bundan əlavə, o, Yahoo! şirkətinin dəyəri 77 milyon dollar olan təqribən 1,6 milyon səhminə sahibdir.

Ona ödəniləcək 186 milyon dollar həcmində məbləğ – şirkətin səhmlərinin cari bazar kotirovkaları əsasında və Mayer vəzifəsindən getdikdə satmalı olduğu qiymətli kağızlar nəzərə alınaraq təyin edilmişdir. Bundan əlavə, Mayerin son 5 il ərzində əldə etdiyi maaş və bonuslar bu məbləğə daxil edilməyib.

Son xəbərlər
Digər xəbərlər