19 C
Baku
Thursday, April 25, 2024

Yalanı necə aşkar etmək olar?

Kimdənsə nə isə soruşduqda, əgər insan yalan danışırsa, o çox qısa və lakonik cavablarla canını qurtarmağa çalışır. Həmin insanın yalan danışdığını ifşa etmək üçün onun daha çox danışdırmağa çalışmaq lazımdır.

Yadda saxlamaq lazımdır ki, pis düşüncədə olan insanlar çox vaxt öz susqunluqlarına haqq qazandırmağa çalışırlar, hətta onlardan bunu tələb etməsəniz belə.

Bir faktı da yadda saxlayın ki, adətən yalan danışacaq olan insanlar cavab verməmişdən öncə sualınızı bir neçə dəfə təkrar edirlər. Bu təkrarlama onlara yalan uydurmağa zaman qazandırmağa xidmət edir.

Öz həqiqi məqsəd və niyyətlərinizi gizlədən insanlar sual verən şəxsin reaksiyalarını diqqətlə izləyirlər. Bunu isə ona görə edirlər ki, yalan məlumatların onlarda nə reaksiya yaratdığını bilmək maraqlıdır.

Professional yalançılar isə öz yalan versiyalarını hazırlamaq və qarşı tərəfin reaksiyasını öyrənmək üçün ilk olaraq çox ləng danışırlar. Lakin bunun ardınca artıq “nağıl” hazır olduqda öz sürətlərini artırırlar. Onlar bilirlər ki, qırıq-qırıq danışmaq şübhə yaradır. Normal insanlarda isə bu baş vermir, onlar həqiqəti danışdığından sürətli və yaxud yavaş danışdıqlarına önəm vermirlər.

Nə isə gizlədən şəxsə sual ünvanlandıqda o dodaqlarını sıxır, saçını oynatmağa başlayır və özündən asılı olmayaraq sanki bütün bədəni ilə özünü ifşa edir. Əgər insan yalan danışırsa, jestləri, əl hərəkətləri özünə doğru istiqamətlənmiş olur. Yox əgər, həqiqəti deyirsə, jestləri qarşı tərəfə doğru istiqamətlənmiş olur.

Gizlədəcək bir şeyləri olmayan insanlardan dediklərini dəqiqləşdirmək tələb olunduqda, onlar geniş izahat təqdim edir. Yalançılar isə bu zaman öz sözlərinin üzərində dayanır və heç bir izahat gətirmirlər.

Deyilən məlumatın doğruluğunu yoxlamaq üçün danışan şəxsdən bütün hekayəni başdan danışmağı tələb etmək və hər bir nüansa diqqət yetirmək lazımdır. Belə bir tələb yalançını asanlıqla ifşa edir. Çünki ən professional yalançının belə beyni bu zaman çətinliklə üzləşir və dəqiqələr öncə dediyi məlumatları eynilə olduğu kimi xatırlamalı olur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər