15 C
Baku
Saturday, April 20, 2024

Yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin pul gəlirləri 8% artıb

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 36 mlrd. 247 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 8% çoxdur. Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Yanvar-sentyabr aylarının yekunları üzrə orta illik inflyasiya 13,9% təşkil edib.

DSK-mim məlumatına görə, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 6,9% – 3,728 manatadək artıb.

Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 33 mlrd. 157,3 mln. manat qalır ki, bu da 2016-cı ilin yanvar-sentyabr aylarının göstəricisindən 7,8% çoxdur.

2016-cı ildə əhalinin nominal pul gəlirləri 8,7% artıb.

Son xəbərlər
Digər xəbərlər