14 C
Baku
Saturday, April 27, 2024

Yanvarda vergi orqanları büdcəni 780 milyon manat zənginləşdiriblər

Respublika üzrə Yanvar ayında 8 mindən çox vergi ödəyicisi ödəniş edib.

2014-cü ilin yanvar ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 780 milyon 352,2 min manat təşkil edib.

Vergilər Nazirliyi xəbər verir ki, cari ilin yanvar ayının hesabatına görə, bu məbləğin 48,9%-i mənfəət vergisinin, 21,2%-i əlavə dəyər vergisinin (ƏDV), 8,2%-i fiziki şəxslərin gəlir vergisinin, 9,1%-i aksizlərin, 12,6%-i isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 330 milyon 880,1 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 milyon 626,8 min manat çoxdur.

Yanvar ayında respublika üzrə 8 min 622 vergi ödəyicisi qeydiyyata alınıb.

Fevralın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 544 min 981 nəfər təşkil edib ki, bu da 1 fevral 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 11,4% çoxdur.

2014-cü ilin yanvar ayı ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 92,2% təşkil edib.

Oxu.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər