12 C
Baku
Friday, March 29, 2024

“Yapı Kredi Bank Azərbaycan”ın rəhbəri işdən ayrılır

“Yapı Kredi Bank”ın baş icraçı direktoru Faik Açıkalın bankla yollarını ayırır.

Bankir dekabrın 29-da tutduğu vəzifədən azad olunacaq. Buna səbəb onun təqaüd yaşına çatmasıdır. Bu vəzifəni müvəqqəti olaraq baş icraçı direktorun müavini Nikkolo Umbertalliyə həvalı olunub.

Baş icraçı direktor vəzifəsinə Gökhan Erünün təyin olunacağı gözlənilir. Bu məsələyə 2018-ci ilin yanvarın 15-də keçiriləcək bankın İdarə Heyətinin iclasında baxılacaq.

Qetyd edək ki, F. Açıkalın “Yapı Kredi Bank Azərbaycan”ın Müşahidə Şurasının sədridir. Beləliklə, o, avtomatik olaraq bu vəzifədən kənarlaşdırılacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər