12 C
Baku
Friday, March 29, 2024

“Yapı Kredi Bank (Azərbaycan)” depozit təminatlı kreditlərin fazini endirdi

“Yapı Kredi Bank (Azərbaycan)” QSC həm yerli, həm də, xarici valyuta depozit qarşlıqılı kreditləri üçün təklif etdiyi faiz dərəcəsini endirib.

“Banker.az”ın monitorinq qrupu bildirir ki, bank 7%-ə yaxın endirim edib. Bu da AMB-nin son qərarından sonra ilk belə addım atan bankdır.

Məlumata görə, manatla olan kreditlər üçün faiz dərəcəsini 6% ucuzlaşdıraraq 14%-də qərarlaşdırıb.

Bundan əlavə xarici valyuta – həm dollar, həm də avro ilə depozit qarşılıqlı kreditlərin də faizini 3.75% endirərək 12.50% həddində saxlayıb.

Valyuta depoziti qarşılıqlı manat krediti üçün isə faiz dərəcəsini daha kəskin endirib. Belə ki, “Yapı Kredi Bank (Azərbaycan)” 20 fevral tarixinə qədər, məsələm, illik 19% təklif edirdisə, hazırda 6.75% endirərək 12.25% səviyyəsində son hədd müəyyən olunub.

Xatırladaq ki, AMB-nin son iclasında (12.02.2018) faiz dərəcəsinin 2% azaldılaraq aşağı həddi 8%, yuxarı həddi 16% müəyyən olunub. Bundan əlavə, uçot faiz dərəcəsi 13% həddində müəyyən olunub.

 

Son xəbərlər
Digər xəbərlər