16 C
Baku
Thursday, March 28, 2024

Yapon Bankları Azərbaycana 100 mln. avro pul ayıracaq

“Azərkosmos” ASC Yaponiyanın Sumitomo Mitsui Bank Korporasiyası (Sumitomo Mitsui Banking Corporation (SMBC) və Mizuho Bankı ilə 11 illik müddətə 100 milyon avro məbləğində kredit sazişi imzalayıb.

Banker.azın Trendə istinadən verdiyi məlumata görə, Fransanın ixrac-kredit agentliyi olan COFACE tərəfindən zəmanətlə təmin olunmuş kredit Azərbaycanın ilk Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Saziş çərçivəsində Fransanın “Airbus DS” şirkəti “Azərkosmos”u 30 iyun 2014-cü tarixdə orbitə buraxılmış peyk sistemi ilə təmin edir. Təchiz olunan ən son Fransa texnologiyasına yerüstü idarəetmə seqmenti, peyk təsvirlərinin avtomatik emalı avadanlığı, çoxmissiyalı yerüstü qəbuletmə stansiyası, missiya avadanlıqları və aidiyyəti xidmətlər də daxildir.

Son xəbərlər
Digər xəbərlər