22 C
Baku
Friday, April 19, 2024

Yaponiyada 617 milyard dollarlıq xəta

Bu gün Yaponiyada səhm üzrə İsveç iqtisadiyyatının həcmindən daha böyük məbləğdə olan müqavilə ləğv edilib. Sahə üzrə tənzimləyicinin verdiyi məlumata görə, səhv əmrlər üzrə bildiriş əldə etmişdir.

Ümumilikdə 67,78 trilyon yen (617 milyard dollar) həcmində 42 şirkətə məxsus səhmlər üzrə müqavilələr ləğv edilmişdir. Tənzimləyici öz üzvlərindən birindən xəta barədə məlumat əldə etmişdir və hazırda baş vermiş hadisənin detallarını araşdırmaqdadır.

Ən nəhəng müqavilə isə Toyota Motor Corp.,-un 1,96 milyard səhmi üzrə və 12,68 trilyon yen dəyərində edilmişdir. Dünyanın ən nəhəng avtomobil şirkətlərindən birinin nümayəndəsi hadisə ilə bağlı şərh verməkdən imtina etmişdir. Bununla yanaşı, Honda Motor Co., Canon Inc., Sony Corp. və Nomura Holdings Inc. şirkətləri üzrə də edilən müqavilələr ləğv edilmişdir.

Son xəbərlər
Digər xəbərlər