8 C
Baku
Thursday, March 28, 2024

Yaradıcı insanlar üçün ən kreativ peşələr

Bütün insanlar müxtəlifdir və onların içərisində bəziləri rəqəmlərə, bəziləri isə işə yaradıcı yanaşmağa üstünlük verirlər. Məhz belə insanlar memar, dizayner, dekorator, yazıçı və s. olurlar.

Əgər sizdə yaradıcı insansınızsa hansı peşəni seçmək daha məsləhətlidir?

Dizayner

Dizayner – çox uzun zaman öncə yaranmış peşədir. Heç kimə sirr deyil ki, hələ lap qədimdən zəngin insanların sarayları və evləri müxtəlif avadanlıqlar ilə təchiz edilirdi. Demək, qədim dövrlərdə də məkanı rahat və funksional formaya gətirən insanlar mövcud olub. Heç kim doğularkən dizayner olaraq doğulmur. Doğrudur ki, dizayner olmaq üçün kurslar keçib, hər hansı məşhur universitetlərdə təhsil almaq da kifayət deyil. Dizayner olmaq üçün yaradıcı meyllərə sahib olmaq və daim onları inkişaf etdirmək lazımdır. Bununla yanaşı daim yeni tendensiyaları izləməyi sevmək də bu işdə kömək olacaq amillərdəndir. Bu yalnızca interyer dizaynerlərinə deyil, həm də reklam mütəxəssislərinə, modelyerlərə və landşaft dizaynerlərinə də aiddir.

Yazıçı, jurnalist

Məlum olduğu kimi jurnalist peşəsi sözlərə hakim ola bilən insanların peşəsidir. Bu peşəyə hər zaman tələbat olub və nə qədər ki, insanlar oxumağı bacarır bu peşəyə tələbat olacaq.

Memar

Memar peşəsi də yaradıcı peşələrə aiddir və buna hər zaman tələbat var. Bu peşə ilə məşğul olan insanlar monoton boz küçələrdə incəsənət obyektlərini görməyi bacarırlar. Şəhərin peyzajı, evlərin tərtib olunması onların əllərin məhsuludur. Müasir şəhərləri memarlarsız təsəvvür etmək çətindir.

Fotoqraf

Fotoqraflar da elə insanlardır ki, onlarda şəkillərə xüsusi yaradıcı baxış mövcuddur. Fotoqraf – yalnızca professional kameraya sahib şəxs deyil, həmdə o istənilən insanı ən uyğun işıqlarla təsvir etmək imkanına malikdir.

Musiqiçi

Musiqiçi – yalnızca musiqi alətində ifa edən şəxs deyil, o həm də bu musiqini yazan və onu ən gözəl şəkildə təqdim edən şəxsdir. Bunun üçün də yüksək musiqi duyumu mütləqdir.

Tamada, animator

Heç bir bayram və yaxud istirahət tamada və animator olmadan keçmir. Bu peşənin sahibləri müxtəlif yaş qruplarında olan ən darıxdırıcı və kompleksli auditoriyanı belə əyləndirə bilərlər.

Rəqqas

Rəqqaslar – öz bədənlərinə bütünlüklə sahib olan insanlardır və həmçinin onlar lazımlı ritmi tutmağı bacaran peşə nümayəndələridirlər.

Barmen

Hazırda müasir əsl barmenlərin necə işlədiklərini görmüsünüzmü? Onların içki şüşələri ilə, stəkanlar, xüsusi bakallarla mahir davrandıqları özü bir yaradıcılıq tələb edir. Bunun üçün illərlə məşq etmək tələb olunur.

Web-dizayner

Bu peşə nümayəndələri internet saytlarının dizaynını yaradan şəxslərdir. Bu bütün proqramçılara nəsib olmur və hər bir reklam mütəxəssisi saytın dizaynını müştəriləri cəlb edəcək dərəcədə təşkil edə bilmir.

Ssenarist, operator, rejissor

Görüntünün uğurlu olması – məhz ssenaristlərin, rejissorların və operatorların xidmətlərinin nəticəsidir. Onlarsız heç bir film belə ərsəyə gəlməzdi.

Son xəbərlər
Digər xəbərlər