23 C
Baku
Tuesday, April 23, 2024

Yasamalda yeni ticarət mərkəzi tikiləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanında yerləşən yaşayış kompleksi ərazisində ticarət mərkəzinin tikintisi məqsədilə potensial imkanlara malik investorları cəlb etmək məqsədilə müsabiqə elan edib.

MİDA-dan verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər 300 manat iştirak haqqı ödəməklə müsabiqə şərtlərini 21 noyabr 2017-ci il saat 17:00- dək, Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanından əldə bilər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. Təkliflər 30 noyabr 2017-ci il saat 17:00-dək qəbul olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər