8 C
Baku
Thursday, March 28, 2024

Yaxın 2 ildə biznes üçün 10 başlıca risk

Başlıca təhlükə – qiymət təzyiqidir, belə ki, inkişaf etmiş ölkələrdə bazarların azalması nəticəsində bizneslər öz mənfəətliliklərinin təminatının yeni üsullarını axtarmalı olurlar.

Ernst&Young kompaniyası “İşgüzar həyatın nəbzi” adlı yeni bir hesabat dərc etmişdir. Həmin hesabatda o, 2013-2014 cü illərdə kompaniyaları gözləyə başlıca riskləri analiz etmişdir. Tədqiqatda 21 ölkənin 641 kompaniyası iştirak etmişdir. Bu arada biznes ən çox hansı amillərlə üzləşməkdən qorxur?

1. Qiymət təzyiqi bir neçə səbəbdən biznes üçün ən başlıca risk olaraq qalmaqdadır: istehlakçılar arasında internet-dükanların populyarlığı, brend məhsullar istehsal edən kompaniyalar ilə o qədər də keyfiyyətli mal istehsal etməyən kompaniyalar arasında qeyri bərabər rəqabət, həmçinin inkişaf etmiş bazarlarda müəyyən məhsul qruplarının istehsalı ilə bağlı vergi imtiyazları kimi amilləri bu sırada qeyd etmək olar. Belə situasiyadan çıxış yolu kimi analitiklər bəzi işləri autsorsinqə verməyi tövsiyə edirlər

2. Xərclərin və rentabelliyin aşağı düşməsi. Son beş il ərzində kompaniyalar artıq nəzərə çarpacaq qədər öz məsrəflərini azaldıblar. Analitiklər belə hesab edirlər ki, bu gün xərclərə 1% qənaət edilməsi 10% satış artımına uyğun gəlir. Amma bu hələ son hədd deyil. Rəhbərlər hələ yenə də ixtisar edilməsi mümkün olan xərcləri müəyyən etməkdə davam edəcəklər. Hələ ki, bu sağ qalmağın yeganə yoludur.

3. Bazar riskləri. Bir sıra kompaniyalar üçün başlıca risk mənbəyi olaraq xammal bazarındakı qiymət sıçrayışlarını göstərmək olar. Amma analitiklər əmindir ki, ən qorxulusu artıq geridə qalıb. 2013-cü ildə onlar gözləyirlər ki, neftin qiymətində müəyyən tarazlıq hökm sürəcək –qiymətlər bir barelə görə 100-120 dollar arasında dəyişəcək.

4. Makro-iqtisadi risklər – 2013-cü ildə iqtisadiyyatın artımı 3-3,5%-i üstələməyəcək. Nəzərə alın ki, canlanma yalnız ilin ikinci yarısından sonra gözlənilir.

Avrozonada isə situasiya pisləşməkdə davam edir: analitiklərin sözlərinə əsasən, kompaniyalar gərək bu il planlarını Avrozonada ressessiyanın olacağını nəzərə alaraq qursunlar.

5. İşçi heyətinin idarə olunması və peşəkar mütəxəssislərin çatışmazlığı (yoxluğu).

6. Dövlətin rolunun artması. Dövlətlər kompaniyaların işinə getdikcə daha çox təsir edirlər. Analitiklərin sözlərinə əsasən bu daha çox əczaçılıq sahəsi, elektrotexnika sektoru və kommunal xidmətlər üçün xarakterikdir. Ötən il müxtəlif ölkələrdə sorğuya cəlb olunan əhalinin cəmi 4%-i hesab edir ki, dövlət ümumiyyətlə biznesin fəaliyyətinə heç bir müdaxilə etməməlidir.

7. Qanunvericiliyə riayət etmə qabiliyyəti. Ötən ilin araşdırmalarında bu punktun biznes üçün ən böyük təhlükə daşıdığını üzə çıxmışdır. Analitiklərin qənaətinə əsasən, dövlət rəsmiləri tərəfindən əlavə tənzimləyici tədbirlər ən çox bank sektoruna öz mənfi təsiri göstərmişdir.

8. Dövlət borcu: qarşıda isə defolt. Bir sıra ölkələr üçün ən böyük problem –öz borclarını ödəmək məsələsidir. Məsələn Almaniya və Yaponiyada, suveren borc ÜDM-in 236%-ni təşkil edir.

9. Yeni texnologiyalar

10. Yeni siyasi sarsıntılar. Sorğuya məruz qalan biznes təmsilçilərinin 87%-i ölkədə siyasi stabilliyin mövcudluğunu biznesin inkişafına təsir edən başlıca meyarlardan biri kimi qiymətləndirir. Məhz bu amil onların investisiyaetmə ilə bağlı qərar verən zaman hansısa bir ölkədən uzaqlaşdırır və digərinə yönəlməsinə səbəb olur.

Daha sonrakı cərgələrdə korrupsiya ilə mübarizə, vergi qoyuluşu və maliyyələşməyə çıxış şansları dayanır.

Bu ilin ən böyük təhlükələri proteksionizm siyasəti və dövlət tərəfindən öz istehsalçını maksimal dərəcədə qorumaq niyyətləridir.

Son xəbərlər
Digər xəbərlər