16 C
Baku
Friday, April 26, 2024

Yaysız keçən 1 ilin səbəbi nə idi?

1816-cı ildə Avropa və Şimali Amerikada inanılmaz soyuq hava hakim idi. Bu zaman o dərəcədə soyuq idi ki, amerikalılar onu “donmuş 1800” adlandırmışdılar. Bu hadisə bu günə qədər ən soyuq il olaraq qeydə alınıb. Bu zaman yayda belə qar yağdığı müşahidə edilmişdi.

Yalnızca 1920-ci ildə amerikalı iqlim araşdırmaçısı Uilyam Hamfreys “Yaysız keçən 1 ilə” aydınlıq gətirə bilmişdi. O bu iqlim dəyişikliyini vulkanların püskürməsi ilə əlaqələndirir. Belə ki, 1809-cu ildə tropik ərazilərdə yerləşən vulkanlardan birində püskürmə müşahidə edilmişdi. Bundan bir neçə il sonra isə İndoneziyanın Sumbava adasında Tambora vulkanının püskürməsi o zamana qədər müşahidə edilmiş ən güclü püskürmə idi.

Bu püskürmə 71 min insanı həyatdan məhrum etdi. 1815-ci ilin aprelində baş vermiş bu hadisə vulkan püskürməsi şkalasında (VEI) 7 balla qiymətləndirilmiş, atmosferə atılan külün həcmi isə 150 km3 təşkil edirdi.

Zaman keçməsinə baxmayaraq 1816-cı ilin martında hava qış olaraq davam edirdi. Aprel və may aylarında isə çoxlu yağış və dolu yağması halları qeydə alınmışdı. Nyu-York və ABŞ-ın şimal-şərqində qar yağırdı.

Qeyri-adi bu soyuqluq məhsuldarlığa ciddi şəkildə ziyan vurmuşdu. 1817-ci ilin yazında taxıl qiymətləri 10 dəfəyə qədər artmış, əhali arasında aclıq hökm sürmüşdü. Napoleon ordusunun törətdiyi dağıntılardan əziyyət çəkən insanlar Amerikaya mühacirət etmişdilər. Lakin necə deyərlər “yağışdan qaçarkən yağmura düşmüşlər”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər