15 C
Baku
Friday, April 26, 2024

Yeddi mindən çox şəxs güzəştli şərtlərlə mənzil almaq üçün qeydiyyatdan keçib

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunan binalardakı mənzillərin qiyməti onun ölçüsünə – kvadratmetrə görə deyil, konkret olaraq mənzilin qiymətinə əsasən götürüləcək.

Bu sözləri jurnalistlərə müsahibəsində MİDA-nın aparat rəhbəri Anar Quliyev bildirib.

Onun sözlərinə görə, satışa çıxarılan mənzillər hətta tikintisi başa çatmamış mənzillərdə mümkündür. Yəni tikinti işlərinin 30 faizi başa çatdıqda, mənzillərin satışına başlanıla bilər. Bu halda mənzillər qeydiyyat sənədi əsasında satılacaq. Bu isə vətəndaşların maraqlarına xidmət edir, onun gələcəkdə rastlaşa biləcəyi problemlərin qarşısını alır.

O, həmçinin əlavə edib ki, artıq 500-dən çox mənzilin qabaqcadan qeydiyyat sənədi hazırdır: “Bu sənəd mənzil satılmazdan öncə alınmalıdır və o, vətəndaşa mülkiyyət hüququ verir. Yəni sabah həmin şəxs bu sənədi təqdim edib kredit də götürə bilər.

Agentlik rəsmisi diqqətə çatdırıb ki, artıq 7 mindən çox şəxs güzəştli şərtlərlə mənzil almaq üçün qeydiyyatdan keçib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər