13 C
Baku
Friday, March 29, 2024

Yenə bir şəhər satışa çıxarıldı

Amerikalı Cudi və Rik Brenql cütlüyü Vayominq şəhərində Aladdin adlı şəhərciyi satışa çıxarmışlar. Cütlük şəhərcik üçün 1,5 milyon dollar tələb edirlər.

Hazırda şəhərdə 15 insan yaşayır və satışa 15 tikili çıxarılıb. Qeyd edək ki, bu cütlük 1986-cı ildə bu şəhərciyə sahib olmuşdular. Cudi Brenql bu şəhərin meri, poçt məntəqəsinin müdiri və polis şefi vəzifəsində işləmişdir. O ümid edir ki, şəhər satıldıqdan sonra da onun nəvələri yerli poçta və universal mağazaya rəhbərlik edəcəklər.

Bununla yanaşı, Aladdin şəhərinin yaxınlığında yerləşən kafe və motel də satışa çıxarılıb. Buranın sahibi Brenql ailəsinin qohumlarıdır.

Son xəbərlər
Digər xəbərlər