16 C
Baku
Thursday, March 28, 2024

Yeni 10 avro dövriyyəyə buraxılır

AMB dövriyyəyə 10 avro dəyərində yeni əsginazlar buraxır.

Avropa Mərkəzi Bankı (AMB) dövriyyəyə 10 avro dəyərində yeni əsginazlar buraxır. Onlar köhnə nəsil banknotlardan əsasən mühafizə elementlərinin təzələnməsi və dizaynda bir sıra dəyişikliklərlə fərqlənir.

Yeni “onluğun” ölçüsü və rəng çaları əvvəlki kimi qalır. Yenilənmiş banknotda qədim yunan mifologiyası qəhrəmanlarının portretləri əks olunub. Bundan əlavə, AMB direktorunun əsginazdakı imzası da yenilənib. Digər bir fərq isə ondan ibarətdir ki, “EURO” sözü latın və yunan hərfləri ilə yanaşı, kiril qrafikası ilə də yazılıb. Bu, 2007-ci ildə Bolqarıstanın Avropa İttifaqına daxil olması ilə bağlıdır. Bundan əlavə, Avropa İttifaqının genişlənməsi səbəbindən AMB abreviaturası əvvəlki kimi beş dildə deyil, doqquz dildə yazılıb.

Bankın əsas məqsədi öz pullarının saxtalaşdırılmasının qarşısını mümkün qədər almaqdır. Məsələn, Avrozonanın kredit-maliyyə təşkilatları və hüquq mühafizə orqanları tərəfindən 2013-cü ildə 670 minə yaxın saxta əsginaz müsadirə olunub, qəlp pul buraxılması halları bir il əvvələ nisbətən 26 faiz artıb.

Yaxın bir neçə həftə ərzində dövriyyəyə 4,3 milyard yenilənmiş “onluq” buraxılacaq. Avrozonanın mərkəzi bankları köhnə banknotları yeniləri ilə tədricən əvəzləyəcək.

Son xəbərlər
Digər xəbərlər