22 C
Baku
Friday, April 26, 2024

Yeni bank lisenziyası üçün Mərkəzi Banka müraciət edildi

Mərkəzi Bankdan Banker.az verilən məlumata görə,  T.C. Ziraat Bankası Azərbaycan Respublikasında törəmə bankın təsis edilməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişdir. T.C. Ziraat Bankası Türkiyənin ən iri bankı olmaqla 1863-cü ildən fəaliyyət göstərir, aktivlərinin həcmi 108 mlrd. dollar təşkil edir.

T.C. Ziraat Bankası Azərbaycan bank sistemində 1995-ci ildən təmsil olunan ilk xarici kapitallı bank olmaqla hər iki ölkənin bank sektorları arasında əlaqələrin qurulmasında mühüm rol oynamışdır. Bankın Azərbaycanda təmsilçilik statusunun dəyişməsi onun fəaliyyətinin daha da aktivləşməsi və genişlənməsinə imkan verəcəkdir. Eyni zamanda bu, bank sektorunda rəqabətin güclənməsinə, biznes və əhalinin bank xidmətlərinə çıxışının artmasına, bütövlükdə ölkələrimiz arasında iqtisadi əlaqələrin zəruri bank xidmətləri ilə daha geniş şəkildə əhatə olunmasına imkan verəcəkdir.

Hazırda T.C. Ziraat Bankasının müraciəti Azərbaycan Respublikası Mərkəzi Bankında baxılmaqdadır və cari ilin sonunadək törəmə bankın lisenziyalaşdırılması proseslərinin yekunlaşdırılması nəzərdə tutulur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər