23 C
Baku
Saturday, April 20, 2024

Yeni ilə qədər yerinə yetirə biləcəyiniz əsas maliyyə vədləri

Yeni il yaxınlaşır, onunla birgə yeni məqsədlər və özümüzə verdiyimiz vədlər də.  Lakin bu vədlərdən bəzilərinin icrasına yeni ilə, yeni şanslara addım atmazdan əvvəl başlamaq lazımdır.

Nə istədiyinizə qərar verin:

Məhz olaraq nə istədiyinizi anlamadığınız təqdirdə uğura nail olmyacaqsınız. Qarşıdan gələn 1 və 3 il üçün konkret məqsədlər təyin edin. Yaxın yarım il ərzində kredit kartı üzrə bütün borclarınızı bağlamaq istəyirsiniz?  Və yaxud yaxın 5 il ərzində əhəmiyyətli miqdarda sərmayə toplamaq istəyirsiniz? Hər məqsədi yazın və onun həyata keçirilməsi üçün nümunəvi planı tərtib edin.

Büdcə təşkil edin:

Büdcə sadə, realist və dəqiq olmalıdır. Öz qısa və uzun müddətli məqsədlərinizi, həmçinin gəlir və xərclərinizi nəzərə alaraq şəxsi büdcənizi təşkil edin. Proses zamanı hər hansı xərc kateqoriyasını genişləndirərək və yaxud məhdudlaşdıraraq büdcə planınızı daha da təkmilləşdirə bilərsiniz.

Xərclərinizi 5% azaldın:

Gələn aydan başlayaraq xərclərinizi necə heç deyilsə 5% endirməyə nail ola biləcəyiniz barədə düşünün. Bu onsuz da baş çəkmədiyiniz idman zalına abunəlikdən imtina, yaxud daha ucuz tarif planı təklif edən mobil operatora keçid, işə özünüzlə nahar aparçaq və s. ola bilər. Bu zaman necə faiz qənaət etməyiniz deyil, öz maliyyə vərdişlərinizi düşüncəli şəkildə dəyişməyə başlamağınız önəmlidir.

Yeni kreditlər götürməmək:

Daha çox kredit – ödənilən daha çox faiz, daha çox stress və Yeni ildə daha az imkanlar deməkdir. Kredit kartlarınızı doldurun. Əgər bu xərclərinizə nəzarət etməyə kömək edirsə nağd pullarla ödəniş edin.

Artıq mövcud olan kreditləri yerbəyer etmək:

Xərclərinizi 5% azaltdıqdan sonra, qənaət etdiyiniz məbləği yığılıb qalmış borcların ödənilməsinə yönləndirin. Bu zaman məsələyə strateji yanaşın və ilk olaraq ən yüksək faiz dərəcəli krediti ödəyin.

Ehtiyat fondu yaradın:

Həyat gözlənilməzdir. Bu səbəbdən də fövqəladə vəziyyət ilə üzləşdikdə 3-6 ay ərzində gündəlik xərclərinizi qarşılamağa imkan verən ehtiyat fonduna sahib olmalısınız. Sözügedən ehtiyat fonda sahib olduqda işinizi itirmiş, xəstələnmiş olduqda və yaxud evin, avtomobilin təmirinə təcili pul lazım olduqda borc pul götürməyə ehtiyac qalmayacaq.

Pul qalıqlarını xərcləməmək:

Hər dəfə nağd pul ilə ödəniş etdikdə pulun qalığını xərcləməyin, əmanət olaraq bir kənara qoyun. İlin sonuna yaxın əhəmiyyətli miqdarda məbləğ toplaya bilərsiniz ki, bu məbləği də ehtiyat və yaxud təqaüd hesabına əlavə edə bilərsiniz.

Əlavə pul qazanmaq imkanları barədə düşünmək:

Maliyyə vəziyyətini iki vasitə ilə yaxşılaşdırmaq olar: az xərcləmək və yaxud çox qazanmaq. Əsas işinizdən başqa, əlavə gəlir əldə etmək üçün hansı işlərlə məşğul ola biləcəyiniz haqqında düşünün.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər