21 C
Baku
Friday, April 26, 2024

Yeni İl ərəfəsində AZAL-dan Avropaya uçuş endirimləri

Bakıdan London, Milan, Roma, Paris, Praqaya cəmi 199 avro.

“Azərbaycan Hava Yolları” QSC Yeni İl bayramı ilə əlaqədar xüsusi endirim aksiyasına başlayıb.

AZAL-dan  verilən məlumata görə,  Avropaya “ora və geriyə” aksiyası çərçivəsində Bakıdan London, Milan, Roma, Paris, Praqaya cəmi 199 avroya gedib-gəlmək mümkündür.

Məlumata görə, bu qiymətə yığım və rüsumlar daxil deyil, aksiyanın biletlərini 25-31 dekabr tarixlərində əldə etmək mümkündür. Uçuşlar isə 2014-cü il yanvarın 15-dən fevralın 28-dək həyata keçirilməlidir.

Qeyd edək ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.

Əlavə edək ki, dekabrın 25-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (Azal) beynəlxalq uçuşlarında əl yükünün daşınması normasında dəyişiklik həyata keçiriləcək.

QSC-dən verilən məlumata görə, dəyişikliklər nəticəsində “ekonom” sinifli sərnişinlər üçün əl yükünün təyyarə salonuna keçirilməsinə icazə verilən çəkisi 5 kq-dan 8 kq-dək, “biznes” sinfi sərnişinləri üçün isə 10 kq-dan 15 kq-dək artırılır (2 yer).

Qeyd edək ki, sərnişinlərin əl yüklərinin (baqajlarının) ölçüləri icazə verilən 115 sm (55x20x40) ölçülərdən artıq olmamalıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.