Yeni nazir 4 DSMF müdirini işdən çıxardı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kadr dəyişikliklərini davam etdirir.

S.Babayevin əmri ilə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri də işdən kənarlaşdırılıb.

Qeyd edək ki, DSMF-nin Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev sabiq arapat rəhbəri Əjdər Cəbiyevin qardaşıdır.

Bundan əlavə, Nazirliyin daxili nəzarət şöbəsinin müdiri, eləcə də aparatın ümumi şöbənin müdiri işdən çıxarılıb.


© Mia.az

📝 RƏY BİLDİR