15 C
Baku
Friday, March 29, 2024

Yeni nazir: Ünvanlı dövlət sosial yardımında “ədalətlilik və şəffaflıq” gücləndirləcək

Bu barədə yeni təyin olunmuş nazir Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti fəaliyyət sahələrində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasda deyib.

Bu barədə banker.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ünvanlı dövlət sosial yardım sisteminin aztəminatlı ailələrin müdafiəsində önəminə toxunan Sahil Babayev vurğulayıb ki, ilk növbədə sosial yardım sistemində ədalətlilik, şəffaflıq, dövlət vəsaitlərinin yönəldilməsində ünvanlılıq prinsiplərinin güclənməsi diqqətdə saxlanılacaq. Digər tərəfdən, sosial yardım alan aztəminatı ailələrin məşğulluq potensiallarının öyrənilməsi yolu ilə onların gəlir imkanlarının artırılmasına özünüməşğulluq proqramı çərçivəsində dəstək üçün konkret işlər görülməlidir.

sahil babayev

Son xəbərlər
Digər xəbərlər