16 C
Baku
Friday, April 26, 2024

Yeni Samsung Gear S2 saatları ilə necə ödəniş etmək olar?

Texnologiya nəhəngi olan Samsung şirkəti bu gün özünün Samsung Gear S2 ağıllı-saatlarının yenilənmiş versiyasını təqdim etdi. Yeni cihaz bir sıra yeni funksiyalara sahibdir. Ekspertləri mobil Samsung Pay ödəniş sistemininin yaradılması fonunda saatların brend ödəniş texnologiyasını dəstəkləyib dəstəkləməyəcəyi maraqlandırır.

Bundan əvvəlki Samsung Galaxy gear ağıllı saatları iki il əvvəl təqdim edilmişdi. Şirkət o zamandan etibarən daşına bilən elektronika sahəsində əhəmiyyətli inkişafa imza atmışdır. Samsung şirkətinin IT-departamentinin prezidentinin sözlərinə görə, saatların son versiyası innovasiyaların yaradılmasında kulminasiya nöqtəsidir.

Rəsmi məlumata görə, Samsung Gear S2 saatları ödəniş etmək üçün xüsusi modul ilə təmin edilib. Belə ki, saatlarda quraşdırılan NFC çipi kassalarda məhsul haqqını ödəməyə tam imkan verir.

Qeyd edək ki, Samsung şirkəti Gear S2 saatlarının funksiyalarını 3 sentyabrda berlində keçiriləcək sərgidə nümayiş etdirəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər