15 C
Baku
Saturday, April 20, 2024

Yeni sığortalanma mexanizmləri hazırlanır

Kənd təsərrüfatında sığorta dövlət dəstəyi ilə stimullaşacaq

Ölkə prezidenti İlham Əliyevin kənd təsərrüfatı məhsullarının istehsalçılarının əmlak mənafelərinin daha etibarlı qorunmasına şərait yaradılması məqsədilə “Kənd təsərrüfatında sığortanın dövlət dəstəyi vasitəsilə stimullaşdırılması haqqında” tapşırıq vermişdi. Maliyyə naziri Samir Şərifov Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib ki, qanun layihəsi artıq hazırdır.

Təbii fəlakətlərdən vətəndaşlara dəyən ziyan da sığortalanacaq

O qeyd edib ki, təbii fəlakətlər nəticəsində ölkə vətəndaşlarının əmlakına və dövlətə dəyə biləcək ziyandan sığortalanma mexanizmlərinin dünya təcrübəsi təhlil olunmaqla yaradılması üzrə də hazırlıq işləri davam edir.

Son xəbərlər
Digər xəbərlər