Cabbarovun təyinatından sonra büdcəyə ödənişlər artıb – rəqəmlər

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən yanvar-iyun aylarında dövlət büdcəsinə 3 mlrd. 383 mln. manat vəsait daxil olub.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Büdcəsinin icmalına dair yarımillik hesabatda deyilir.

Qeyd edək ki, bu göstəricilər 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz və ya 30,0 mln. manat çoxdur.

Xatırladaq ki, ötən ilin dekabr ayından etibarən Mikayıl Cabbarov vergi naziri təyin edilib.