24 C
Baku
Thursday, April 18, 2024

Yeniyetmələrin brend və alış-veriş hərisliyi

Piper Jaffrey adlı tədqiqat firması 8000-dən artıq yeniyetmənin iştirak etdiyi sorğu keçirmişlər. Bu sorğunun nəticəsində gənclərin harada, hansı qidalara üstünlük verdikləri, nə almağı sevdikləri və onların nəyə ehtiyacları olduğu müəyyən olunmuşdur. 

Yeniyetmələrin əvvəlki kimi yenə də öz valideynlərinə arxalanmaları və demək olar ki, onların əmək haqqlarının yarısını xərclədiklərini müşahidə etmək mümkündür. Buna səbəb isə onların kiçik yaşlarından valideynləri tərəfindən alış-verişə cəlb olunmalarıdır.

Yeniyetmələr yeni paltar hərisidirlər və demək olar ki, pullarının 40%-ni öz qarderoblarını yeniləməyə xərcləyirlər. Yeniyetmələr cəmiyyətin elə bir təbəqəsidirlər ki, onların geyimlərinin populyarlığı mütləq haldır. Məhz onlar böyük nəslə idman geyimi tərzini aşılayırlar və bu səbəbdən də böhranlara baxmayaraq idman geyimi bazarında bir il ərzində 5% artım olmuşdur.

70% yeniyetmə qızların və 55% oğlanların bildirdiklərinə görə onlar geyimlərini ucuz paltar şəbəkələrdən alırlar.

Yeniyetmələrin böyük bir hissəsi “Nike”ı ən yaxşı idman geyimi markası hesab edir və artıq birinci il deyil ki “Nike” əminliklə birinci yeri tutur.

3 qızdan birinə çantasının üzərində hansısa məşhur brendin loqotipinin olması vacibdir.

Məktəblilər üçün qaynar tendensiyalar: oğlanlar üçün Nike Air Jordans və qızlar üçün lasinalar.

Sevindirici haldır ki, yeniyetmələr artıq sağlam qidaya üstünlük verməyə başlamışlar. Belə ki, keçən il 33%, bu il isə 40% yeniyetmə sağlam qida seçmişdir. Lakin buna baxmayaraq 41% yeniyetmə hələ də fast-food-la qidalanır. Onların üstünlük verdikləri brendlər isə Taco Bell və McDonaldsdır.

Onların musiqi dinlədiyi qulaqcıqlar isə Beats və Dr.Dre olmalıdır. Buna baxmayaraq, demək olar ki, yeniyetmələrin yarı faizi iPhone istifadə edir.

Apple əvvəlki kimi yenə də yeniyetmələr arasında lider olaraq qalır. Onların bildirdiklərinə əsasən onların 59%-i Apple OS, 30%-i isə Android istifadə edir.

Smartfonlar yeniyetmələr arasında çox da modda deyil. ABŞ-da 70% yeniyetmə iPad-dan artıq istifadə edir və 20% yeniyetmə isə gələcək aylarda alacağını planlaşdırır.

Yeniyetmələr həmçinin video oyunlarına da böyük zaman ayırırlar. Onların yarı faizi yeni PS4 və Xbox 720 almaq niyyətində olduqlarını bildirmişlər.

Bundan əlavə onlar kinoteatrda film izləmək əvəzinə icarəyə film götürərək izləməyə üstünlük verirlər.

Son xəbərlər
Digər xəbərlər