15 C
Baku
Tuesday, April 23, 2024

Yerli mütəxəssislərdən gənc marketoloqlara kitab tövsiyyələri

Hansı ixtisas sahəsi üzrə ixtisaslaşmağımızdan asılı olmayaraq ilk vasitə kitabdır. Kitab mədəniyyəti cəmiyyətin inkişaf göstəricilərindəndir. Dolayısıyla, cəmiyyətin inkişafı üçün kitabı təbliğ etmək, oxumağa təşviq etmək artıq bunu bacarmış olanların borcudur. Molla Nəsrəddin demişkən, – “Bilənlər bilməyənlərə öyrətsin.”

Təbii ki, yeni milleniumun hələ başlanğıcında olmağımıza baxmayaraq görürük ki, elektron vəsaitlər həm istehlakında, həm də istehsalında üstünlük təşkil etməyə başlayır, istər məqalə, istər video dərslər şəklində. Amma kitab hələ də bir mövzu haqqında daha ətraflı və rahat şəkildə, mütəxəssislərin, yazarların fikirlərini, təcrübələrini öyrənmək üçün geniş istifadədədir. Hətta ilbəil daha çox yazarlar peyda olur, daha çox kitablar yazılır. Və oxucular tərəfindən kitaba marağın elektron vəsaitlərdən nə vaxtsa geri qalacağını demək üçün çox tezdir.

Gənc yoldaşlarımız arasında kitaba marağın artdığını, kitab tövsiyələri istədiklərini görərək hər kəs üçün unikal olacaq məqalə hazırlamaq qərarına gəldim. Yerli marketinq mütəxəssislərimizə belə bir sual ünvanladım, – “Gənc marketoloqlara oxumalarını tövsiyə etdiyiniz ən önəmli üç kitab hansıdır?” Onlara kitab tövsiyələrinə görə təşəkkürümüzü bildiririk və uzatmadan artıq siyahılarla tanış olmağa keçirik:

PS. kitablarla tanış olduqca mütəxəssislərin mövzuya necə fərqli mövqelərdən baxdıqlarını görəcəksiniz. Məsələn sırf psixoloji, bədii ədəbiyyat tösviyə edənlər də vardır ki, burada onların səbəblərini yox, sadəcə adlarını qeyd edəcəyik. Marketoloq olası şəxs səbəbi özü zatən göydə tutmalıdır ki, hansı kitab niyə tövsiyə olunur.
Anar Bayramov:

  1. SAT! – Azad Qəhrəmanov;
  2. Differentiate or Die – Jack Trout;
  3. Blue Ocean Strategy – W.Chan Kim & Renee Mauborgne.

Cəbrayıl Vəliyev:

  1. Blue Ocean Strategy – W.Chan Kim & Renee Mauborgne;
  2. Enchantment – Guy Kawasaki;
  3. Give and Take – Adam Grant (Originals kitabı da məsləhətdir).

Əyyub Qarabağlı:

  1. İlk Marka Hz.Adem mi? – Serhan Ok;
  2. Satışın 10 Kuralı – A. Taner Özdeş;
  3. Sosyal Medyada Müthiş İşler – Scott Stratten.

Müşfiq Azəryar:

  1. Who Moved My Cheese? – Spencer Johnson;
  2. Buyology – Martin Lindstrom;
  3. Marketing Wars – Jack Trout.

 

Orxan Mirzəyev:

  1. Tüketici Davranışı ve Pazarlama Stratejileri – Erdoğan Koç;
  2. İkna ve Sunum – Peter Coughter;
  3. İknanın Psikolojisi – Robert B. Cialdini.

 

Ramil Cabbarov:

  1. Marketing Genius – Peter Fisk;
  2. Bedava – Chris Anderson;
  3. Ben Bilmem Beynim Bilir – Uğur batı & Orhan Erdem.

 

Röyal İbrahimov:

  1. Pazarlama 3.0 – Philip Kotler;
  2. Güçlü Markalar Yaratmak – David Aaker;
  3. Konumlandırma – Al Ries & Jack Trout.

 

Rəhman Əhmədov:

  1. 1984 – Corc Oruell;
  2. Martin İden – Cek London;
  3. Kimyagər – Paulo Koelyo. (səbəblər üçün keçid)

Seymur Quliyev:

  1. İlk Marka Hz.Adem mi? – Serhan Ok;
  2. Brand Manegement – David Aaker;
  3. Brandwashed – Martin Lindstrom.

 

Mənbə:zakireyniyev.wordpress.com

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər