Yerli startap ‘Maliyya’ ilk yatırım turunda 1.3 milyon dollar investisiya yüksəltdi

Şəxsdən – şəxsə kreditləşmə və borc platforması olan Maliyya ilk investisiya turunda toxum yatırım olaraq 1.3 milyon dollarıq vəsait cəlb etməyi bacarıb. Yatırım xüsusi investisiya fondu olan Britaniya mərkəzli Ground1 Ventures tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Maliyya startapı hələ keçən il Dubayda yerləşən və fintech sahəsində olduqca populyar bir akselerator olan Fintech Hive -a qəbul olmuşdu. Ramil Məhərrəmov və Cəfər Babayev tərəfindən təsis edilən “Maliyya” startapı əsasən Şimali Afrika, Asiya Regionu və Yaxın Şərqi hədəfləyir.

Yerli təşəbbüskarlar tərəfindən təsis edilən “Maliyya” P2P (peer to peer/şəxdən – şəxsə) prinsipinə əsaslanan investorlarla, borcalanları bir araya gətirən və maliyyə xidmətləri sahəsində inqilab etməyi planlaşdıran startapdır.

Maliyya startapı Ramil Məhərrəmov və Cəfər Babayev tərəfindən təsis edilmişdir. Hər iki təsisçi ABŞ və Avropanın aparıcı biznes məktəblərində təhsil almışlar. Onların mencement konsaltinq, investisiyaların idarəedilməsi, hüquqi məsləhət, İslam Bankçılığı, strateji idarəetmə və biznesin inkişafı üzrə 30 ildən çox təcrübələri vardır.

Məlumata görə Maliyya qeyd olunmuş vəsaiti əsasən məhsulun təkmilləşdirilməsi, texnologiyaların inkişafına və komandanın böyüdülməsinə sərf edəcək. Şirkətə yeni cəlb olunmuş əməkdaşlardan biri də Avropa, Asiya və Afrika maliyyə müəssisələrində bank texnologiyaları üzrə 30 ildən çox əməliyyat təcrübəsi olan Rizwan Warsi -dir. O, şirkətdə CTO vəzifəsini icra edəcək.

Maliyya -ya dəstək verən şəxslərdən biri də Ground1 Ventures şirkətinin əsas məsləhətçisi Gerry McGowan olacaq. Gerry McGowan dövlət sektorunda eyni zamanda çoxmillətli hökümət təşkilatları ilə texnologiya sahəsində fəaliyyətində 20 ildən artıq bir təcrübəyə sahibdir. Onun bilik və investisiya siyasəti nəticəsində Maliyya regiondakı strategiyasını genişləndirəcək.

technote.az

📝 RƏY BİLDİR