5 C
Baku
Friday, March 29, 2024

YouTube ödənişli olacaq

Google Inc şirkətinə məxsus olan YouTube musiqi dinləmək üçün ödənişli xidmət yaratmağı planlaşdırır. Bu haqda məlumat şirkət tərəfindən çərşənbə axşamı verilmişdir. 

Şirkətin həmçinin bildirdiyi məlumata əsasən, YouTube yeni xidməti təqdim etmək üçün yüzlərlə nəhəng və müstəqil musiqi label-ləri ilə müqavilə imzalayıb. Bununla da, uzun müddətdir YouTube-un ödənişli olması ilə bağlı gəzən şayiələr öz təsdiqini tapdı.

Lakin bununla yanaşı, bir çox şirkət YouTube-un müqavilədə sərfəli olmayan şərtlər təklif etdiyini bildirmişlər. YouTube isə hər hansı bir şərh verməkdən imtina etmiş və yalnızca bildirmişdir ki, yeni xidmətin yaradılması ilə musiqi sənayesində yeni qazanc mənbəyi yaranacaq. Xidmətin tam olaraq isə nə vaxt istifadəyə veriləcəyi açıqlanmır.

Son xəbərlər
Digər xəbərlər