22 C
Baku
Friday, April 19, 2024

“YouTube”a şok ittiham: Uşaqların məlumatları qanunsuz toplanır

İnsan haqlarını müdafiə edən təşkilatlar “YouTube” video xidmətini 13 yaşına çatmamış uşaqlar haqqında məlumatları qanunsuz toplamaqda günahlandırıblar.

CNN-ə istinadən xəbərə görə, 20 qurum ABŞ-ın Federal Ticarət Komissiyasına müraciət edərək internetdə uşaqların məlumatlarının gizliliyinin qorunması haqqında qanunun (Children’s Online Privacy Protection Act – COPPA) tələblərinin “YouTube” tərəfindən pozulması hallarının araşdırılmasını istəyib. Bu qanun 13 yaşdan aşağı olan uşaqlar haqqında məlumatların toplanmasını qadağan edir. Bunu edən şirkətlər mütləq valideynləri xəbərdar etməli və onların icazəsini almalıdır.

Şikayətdə bildirilir ki, şirkət 23 milyondan çox uşağın hüquqların pozub və bu səbəblə “YouTube”un məxsus olduğu “Google” azı 41 milyon dollar miqdarında cərimə olunmalıdır. Qeyd olunur ki, “Google” “YouTube”da uşaqlar haqqında məlumatların yığılması və istifadəsindən böyük gəlir qazanır: “Bu qanunsuz yığım artıq xeyli müddətdir davam edir və ABŞ-da on milyonlarla uşağı əhatə edir”.

“YouTube” məlumatları müxtəlif kanallara abunəçilik vasitəsilə əldə edir. Onların köməyi ilə şirkət insanların maraqlarını, arzularını öyrənir və müvafiq reklamlar təqdim edir.

“Uşaqların və ailələrin müdafiəsi hər zaman bizim üçün prioritet olub. Biz şikayəti diqqətlə öyrənəcək və müvafiq qiymət verəcəyik”, – deyə “Google”dan bildirilib.

Qeyd edək ki, “YouTube”un qaydalarına əsasən yalnız 13 yaşdan böyük olanlar qeydiyyatdan keçə bilər. Lakin qeydiyyat zamanı “mənim 13-dən çox yaşım var” cümləsinə “quş” qoymaqla bu qadağanı asanlıqla aşmaq olur.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər