12 C
Baku
Friday, March 29, 2024

Yoxlamalar zamanı bəzi sahibkarlara güzəştlər tətbiq olunmayacaq

Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə bağlı aparılan yoxlamalarda nəzərdə tutulan güzəştlər bir qrup sahibkara şamil edilməyəcək.

APA-nın məlumatına görə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna təklif edilən əlavəyə əsasən bu, cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamaların obyekti olacaq sahibkarlardır.
Qanunun 2-ci (Qanunun tətbiq dairəsi) maddəsinə bununla bağlı “Bu qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir” bəndi əlavə edilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.

Son xəbərlər
Digər xəbərlər