23 C
Baku
Thursday, April 25, 2024

Yoxsulluq və zənginlik enerjisi nədir?

Həm zənglinlik, həm də yoxsulluq özünəməxsus enerjiyə malikdir. Sözsüz ki, bu enerjilər təbiət etibarilə bir-birinə ziddir. Onların əsas fərqi nədir? Yoxsul ola-ola zənginlik enerjisindən istifadə etmək, yararlanmaq mümkündürmü?

Araşdırmaların nəticələri artıq çoxdan sübut edib ki, əgər pula ehtiyacı olan yoxsul şəxs özünü zəngin şəxs kimi aparsa, onun enerjisi pulları cəlb edən dalğalar yayacaq. Bəs, əgər heç vaxt varlı olmamısınızsa varlı şəxslər kimi necə davranmalı olduğunuzu necə biləcəksiniz? Nə etməlisiniz, nələr haqqında düşünməlisiniz? Pullarla necə davranmalı?

Banker.az saytı bu suallara cavab tapmaq üçün yoxsulluq və zənginlik enerjisinin xüsusiyyətlərini və kriteriyalarını nəzərdən keçirməyi təklif edir:

Yoxsulluq enerjisi:

  1. Çirk və səliqəsizlik

Fikir verin, yoxsulluq səliqəsizlik və çirk olan yerdədir. Pul təmizliyi sevir, təmizlik və səliqə yoxdursa, deməli pul da yoxdur.

  1. Köhnə lazımsız əşyalar

İstifadə etdmədiyiniz, lazımsız əşyalar toplusu enerjini blok edir, pulların dövriyyəsinə mane olur. Köhnədən xilas olmadan, yeni üçün boş yeri necə açacaqsınız?

  1. Qeyri-sağlam qənaət

Bu nə deməkdir? Bu hər artıq qalan qəpiyin “qara gün” üçün kənara qoyulmasıdır. Köhnə əşya xarab olduqda onu təmir edirsniniz, ta ki, o tamamilə əldən düşənə qədər. Bu zaman “əşşi, onsuz da heç kim görmür” məntiqi ilə davranırsınız. Çünki kənarda saxladığınız məbləği belə “ağılsızlıqlara” sərf etmək olmaz. Axı, bu pullar “qara gün” üçündür. Birdən kimsə xəstələnər və yaxud dünyasını dəyişər. İnsanın özünü bu şəkildə proqramlaşdırması yoxsulluq enerjisini genişləndirir, narahatlıq və problemlərin yaranmasına səbəb olur!

  1. Arzuya qadağa qoymaq

Bu o zamandır ki, mağazanın vitrinində gözəl paltar görürsünüz və onu öz üzərinizdə təsəvvür etmək əvəzinə, dərhal fikirləşirsiniz: “Mən bunu ala bilmərəm”. Bununla da, özünüzü gələcək yoxsulluq üçün proqramlaşdırmış olursunuz! Axı, sizin pullarla bağlı probleminiz varsa, bu o demək deyil ki, yarım ildən sonra özünüzə yeni paltar ala bilməyəksiniz, yaxud istirahətə yollana bilməyəksiniz. Unutmayın ki, kainat zəngindir və istənilən an sizə lazımi imkanlar yarada bilər.

Zənginik enerjisi:

  1. Faydalı və mütləq olan əşyalar

Bunlar ildə heç olmasa bir dəfə istifadə etdiyiniz əşyalardır. Evdə nadir hallarda oxuduğunuz kitabınız varsa və atmağa əliniz gəlmirsə, ildə bir dəfə həmin kitabın “tozunu almağı” unutmayın. Belə olduqda həmin yerdə enerji durğunluğu yaşanmayacaq.

  1. Düzgün fikirlər

Qarşılaşdığınız əşya sizə layiqdir. Gözəl paltar, dənizdə səyahət, yeni maşın… Təsəvvür edin ki, artıq bütün bunlara sahibsiniz. Özünüzü gözəl paltarda, avtomobilin sükanı arxasında əyləşərək dənizə istirahətə yollanarkən təsəvvür edin. Və bu mütləq olaraq sizin həyatınız olacaq. Əsas olan buna inanmaq və kainata arzularınızı reallaşdırmaq imkanı verməkdir.

  1. Xeyriyyəçilik

Zənginlik enerjisi bərabər mübadilə olduğu yerdə mütləq olaraq yaranır: bəxş etmək – qəbul etmək. Əgər qazandığınız pulu yalnızca öz xərclərinizə sərf edirsinizsə, yaxud qənaət olaraq kənara qoyursunuzsa balans olmayacaq.

Qazandığınız gəlirin bir hissəsini ehtiyacı olanlara, xeyriyyə təşkilatlarına bəxş etməklə heç nə itirmisiniz. Əksinə, bu məsləhətlərin yerinə yetirilməsi həyatınıza zənginlik enerjisini cəlb edəcək, əsas odur ki, pullar sizin üçün “Tanrı”-ya çevrilməsin. Ruhunuzda əsl dəyərləri qoruyub saxlayın və yadda saxlayın ki, insan maddi rifah üçün deyil, maddi rifah insan üçün mövcuddur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər